Sinif yoldaşından 53 il sonra qisas aldı

DÜNYA 29 avq 2019, 22:49

Tailandın Anqthonq şəhərində 69 yaşlı kişi keçmiş sinif yoldaşını güllələyib. O, məktəb vaxtı ələ salınmasını unutmayıb.

 

Thanapat Anakesri 53 il Suthat Kosamayatı bağışla bilməyib. Suthat 16 yaşları olanda bütün sinfi Thanapata qarşı çevirib, onu birlikdə torpağa basdırıblar. Bundan sonra Anakesri məktəbi atmalı olub. Sonradan Thanapat desant, Suthat isə dərzi olacaqdı.

 

Məzunların növbəti görüşündə Thanapat həmin hadisəni xatırladıb, keçmiş sinif yoldaşına üzr istəməyi təklif edib. Suthat deyib ki, həmin məsələni unudub, heç xatırlamağa da dəyməz. Anakesri özündən çıxıb, Kosamayatı qarnından güllələyərək qisas alıb. Zərərçəkəni təcili xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Thanapat polisə təslim olub. Dediyinə görə, keçmiş sinif yoldaşının o güllədən öldüyünü bilməyib.(Bizimyol)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top