"Qarabağ" Avropa Liqasının qrup mərhələsinə yüksəldi

İDMAN 29 avq 2019, 21:53

“Qarabağ” növbəti dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib.


Demokrat.az xəbər verir ki, son Azərbaycan çempionu Şimali İrlandiyanın “Linfild” klubuna cavab oyununda 2:1 hesabı ilə qalib gələrək, bu nəticəni əldə edib. Ağdamlılar hər hissədə bir dəfə fərqlənməklə görüşüdəki üstünlüyünü hesaba da daşıya bilib. 

 

Xatırladaq ki, təmsilçimiz ilk görüşdə rəqibinə 2:3 hesabı ilə uduzmuşdu. İki görüşün ümumi nəticəsinə görə 4:4 hesablı bərabərlik qeydə alınsa da, səfərdə daha çox qol vuran “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanıb. 


Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
29 avqust
 
“Qarabağ” - “Linfild” 2:1 
Qollar: X.Romero, 6. A.Zubir, 88 - Ş.Leyveri, 90+3.
Baş hakim: Sergey İvanov (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero,  11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Maqaye Qeye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

 

Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper, 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 20. Stefen Fallon, 22 Ceymi Malqryu (k), 31. Nayall Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Stüart, 12. Kirk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçell.
Baş məşqçi: David Hili.

 

Zaur 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top