Mirşahin Şeyxlə Məkkə ziyarətinə getdi — FOTOLAR

MARAQLI 29 avq 2019, 17:26

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfərə gedib. 


Demokrat.az xəbər verir ki, səfər çərçivəsində şeyx hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nüməyəndə heyəti Məkkə şəhərində Kəbə evinin örtüyünün hazırlandığı sexə baş çəkib və bu nəfis örtüyün hazırlanmasında iştirak edib.


Kral Əbdüləziz adına istehsal sexinə baş çəkən zaman şeyx Allahşükür Paşazadəni yerli rəsmilərdən kral sarayının müşaviri, Səudiyyə Ərəbistanın "Böyük Alimlər Şurası"nın üzvü şeyx Səd Nasir əş-Şisri müşayiət edib.


Kəbə evinin örtüyünün hazırlandığı sexin rəhbərliyi QMİ sədri şeyx Allahşükür Paşazadəni qarşılayan zaman, istehsal müəssisəinin işi, Kəbə evi pərdəsinin hazırlanması, onun tərkib hissələri, müəssisədə yerləşdirilən yeni toxuculuq texnologiyaları barədə məlumatlandırıb.


Ziyarət zamanı QMİ sədrinə Kəbə evinin örtüyünün bir parçası hədiyyə edilib.


QMİ sədri şeyx Allahşükür Paşazadə də öz növbəsində Məkkə və Mədinənin müqəddəs hərəmlərində görülən işlərə görə Səudiyyə Ərəbistanın aidiyyatı qurumlarına təşəkkürünü bildirib.


Qeyd edək ki, şeyx hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nüməyəndə heyəti arasında onun deputat qardaşı Cavanşir Paşazadə, QMİ-nin sədri müavini Hacı Salman Musayev, tanınmış telejurnalist Mir Şahin Ağayev və digər şəxslər də iştirak edir. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top