Azərbaycanda güclü yanğın başladı — Havaya helikopter qaldırıldı

HADİSƏ 29 avq 2019, 16:29

Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.


Demokrat.az xəbər verir ki, Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Xanbulaq kəndi ərazisində baş verib.


Ərazi dağlıq sahə olduğundan yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopteri, canlı qüvvə və texnikaları cəlb edilib.


Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top