"Axı mənim atla nə işim ola bilər?" — Daşkəsənin icra başçısı öldürülən atlardan DANIŞDI

GÜNDƏM 29 avq 2019, 13:57

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev  rayonunun Xoşbulaq qəsəbəsində atın və balasının öldürülərək, yaşayış evlərindən 150 metr aralıdakı dirəkdən asılmasından danışıb. 


İcra başçısı Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən hadisə Daşkəsən ərazisində olmayıb:


"Mən tapşırıq vermişəm ki, o məsələ araşdırılsın. Hazırda hüquq-mühafizə orqanları da bu məsələ ilə məşğul olur. Mənə məlumat verildi ki, atların öldürüldüyü yer bizim ərazidə olmayıb. Ora bizim meşə deyil. Həmin fotolar başqa yerdə çəkilib, ora Daşkəsən deyil. Digər tərəfdən isə bu hadisə qışda olub".

 


Ə.Abıyev deyib ki, bu hadisənin Daşkəsən rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur:


"Axı mənim atla nə işim ola bilər? Nəyə görə atı öldürüb asmalıyam? İcra Hakimiyyətinin işi-gücü qurtarıb ki, gedib meşədə atı öldürsün? O atların guya İcra Hakimiyyətinin göstərişi ilə öldürülməsi barədə deyilən fikirlər də cəfəngiyyatdır. Bu hərəkəti edənlər ən alçaq, şərəfsiz adamlardır. O atları öldürənlərin vicdanları yoxdur".

 


Zaur Hacılı
Demokrat.az   

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top