Hava, dəniz, dəmir yolu, metro nəqliyyatı — Hamısı zərərlə işləyir (RƏQƏMLƏR)

HADİSƏ 29 avq 2019, 10:28

Azərbaycan nəqliyyat sektorunda sərnişin daşınmasından əldə olunan illik gəlir 1 milyard 360 milyon 696 min manat olub.


Demokrat.az açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, sərnişin daşınmasına çəkilən illik xərc isə 1 milyard 310 milyon 10 min manat olub.


Dəmir yolu nəqliyyatdında 


- gəlir 14 milyon 674 min manat,

- xərc 74 milyon 819 min manat,


Dəniz nəqliyyatında 


- gəlir 1 milyon 615 min manat,

- xərc 3 milyon 263 min manat,


Hava nəqliyyatında 


- gəlir 528 milyon 459 min manat,

- xərc 736 milyon 692 min manat,


Avtobus nəqliyyatında 


- gəlir 578 milyon 402 min manat,

- xərc 318 milyon 252 min manat,


Taksi nəqliyyatında 


- gəlir 183 milyon 360 min manat,

- xərc 67 milyon 984 min manat,


Metro nəqliyyatlnda 


- gəlir 54 milyon 186 min,

- xərc 109 milyon manat olub.


Rəqəmlərdən də göründyü kimi, özəl sektorun nəzarətində olan avtobus və taksi nəqliyyatında gəlirlər xərclərdən çox, dövlət sektorunun nəzarətində olan hava, dəniz, metro və dəmir yolu nəqliyyatında isə gəlirlər xərclərdən az olub.


- Dəmir yolu nəqliyyatdında gəlirlər xərclərdən 60 milyon 145 min manat az olub


- Dəniz nəqliyyatında gəlirlər xərclərdən 1 milyon 648 min manat az olub


- Hava nəqliyyatında gəlirlər xərclərdən 208 milyon 233 min manat az olub


- Metro nəqliyyatlnda gəlirlər xərclərdən 54 milyon 814 min manat az olub


- Avtobus nəqliyyatında gəlirlər xərclərdən 260 milyon 150 min manat çox olub


- Taksi nəqliyyatında gəlirlər xərclərdən 115 milyon 376 min manat çox olub. (Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top