Azərbaycan gilas və albalı ixracından 30 milyon dollar gəlir qazanıb

İQTİSADİYYAT 28 avq 2019, 20:21

Bu ilin birinci yarısında təqribən Azərbaycanın ixrac etdiyi meyvə və giləmeyvə arasında albalı və gilas 30 milyon dollarlıq göstərici ilə liderlik edib. Keçən il fındıq liderlik edirdi.


Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin altı ayında 18 min 735 ton gilas və albalı ixrac olunub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,6% çoxdur. Malların əsas hissəsi Rusiyaya çatdırılıb - 18 681 ton. 


Xaricdə malın 1 tonu orta hesabla 1 590 dollara satılıb. Bu, keçən ilə nisbətən 9 dollar ucuzdur.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top