"Onlar müharibə istəyirlərsə, onu mütləq alacaqlar!" — YAP-çı deputatdan Paşinaya CAVAB

GÜNDƏM 28 avq 2019, 18:08

"Ermənistandakı daxili siyasi prosesləri və 16 aylıq xarici siyasəti təhlil edərək bu qənaətə gəlmək olar ki, Ermənistan özünü tamamilə təcrid vəziyyətinə salıb, beynəlxalq hüququ görməzlikdən gəlib, işğalçı dövlət olmasını rəsmən etiraf edib və ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə aparılan danışıqları əslində imitasiya məqsədi ilə həyata keçirib. Çünki Ermənistanın baş naziri Xankəndinə qeyri-qanuni səfəri zamanı "Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi" kimi tanıdığını bildirərək əslində işğalçılıq siyasətinin baş naziri olduğu ölkənin rəsmi siyasəti olduğunu etiraf edib. Bütün bunlar azmış kimi Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Müdafiə naziri “Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, “yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış edib". 


Demokrat.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.


Deputatın sözlərinə görə, bu, müharibəyə təhrikdir:


"Və belə məsiliyyətsiz və provakativ bəyanat verənlər bilsinlər ki, əgər onlar müharibə istəyirlərsə onu mütləq alacaqlar! Hələliksə bütün dünya istimaiyyəti, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin radikal bəyanatlarını görməli, onu qiymətləndirməli və advekat cavab verməlidir. Dünyada işğalçı ölkənin işğalçılıq siyasətindən çəkindirmək üçün ən müxtəlif cəza tədbirləri var və bu tədbirlər iqtisadi sanksiyalardan başlamış siyasi təcridə qədər ən müxtəlif vasitələrlə həyata keçirilir.

 

Təəsssüf ki, Ermənistan işğalçı dövlət olduğu və bunu etiraf etdiyi halda ATƏT-in Minsk qrupu Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləmir, onu bu yoldan çəkindirmək, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələr əsasında həllinə məcbur etmir.

 

Ona görə də hazırki vəziyyətdə danışıqların sülh yolu ilə aparılması imkanları get-gedə məhdudlaşır və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün sülhə məcburetmə vasitələrinə əl atmaqdan başqa çarəsi qalmır. Belə olan halda ya BMT Təhlükəsizlik Şurasının mandatı ilə sülhə nail olmaq missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu real addımlar ataraq işğal faktına son qoymalı və regionda sülh yaratmalı, ya da Azərbaycan beynəlxalq hüquqla ona tanınmış müstəsna səlahiyyətləri ilə öz ərazi bütövlüyünü bərpa etməlidir. Regiona və ən əsası isə Ermənistanda hamı bilir ki, Azərbaycan bunu etməyə qadirdir və bir gün mütləq edəcək".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top