"Eyni anda bir neçəsinə açiq oldum..." — Aygün Kazımova

ŞOU-BİZNES 28 avq 2019, 23:50

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisində xalq artisti Aygün Kazımova da iştirak edib. 


Demokrat.az xəbər verir ki, sənətçi sərgi zamanı kamera qarşısına keçib və cazibədar pozalar verib.


O, fotolarını "İnstagram" hesabında paylaşıb və bu sözləri yazıb: 


"Mən aşiq oldum... Həm də eyni anda bir neçəsinə. Hərçənd deyirlər qadın kişidən fərqli olaraq avtomobilə aşiq ola bilməz. Amma bu maşınlara biganə qalmaq mümkünsüzdür".


Kazımovanın sözügedən paylaşımına qısa müddət ərzində minlərlə bəyənmə gəlib.(Open.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top