"Məgər bu cür hallar xaricdə baş vermir?" — AzTV-nin qocaman idman şərhçisi

AzTV-nin qocaman idman aparıcısı Fikrət Adıgözəlli "İdman Azərbaycan" telekanalının teleaparacısı İsmayıl Abdullayevin telekanaldan ayrılması barədə xəbərlərə münasibət bildirib. 


Fikrət Adıgözəlli Demokrat.az-a açıqlamasında deyib ki, İsmayıl Abdullayevin telekanaldan ayrılması xəbərləri doğru deyil:


"AzTV-də İsmayıl Abdullayevə heç bir təzyiq edilməyib. O, işinin başındadır, əvvəllki qaydada vəzifəsində çalışır. Sadəcə olaraq o illik məzuniyyətinə çıxıb. Yaxın günlərdə məzuniyyəti başa çatan kimi işinin başına qayıdacaq və yenə də aparıcı kimi fəaliyyətini davam etdirəcək. Bununla bağlı kampaniya aparmağa ehtiyac yoxdur. Adi bir sözü böyüdüb bu dərəcəyə çatdırmağa ehtiyac yox idi. Məgər bu cür hallar xaricdə baş vermir? Xaricilərin özlərində də bunu "rəngli idmançı" adlandırırlar. Ümumiyyətlə, qara dərili idmançı hər yerdə deyilir. Axı bu, nəyə görə qəbahət sayılmalıdır? Burada heç bir qanun pozuntusu yoxdur".

 

Картинки по запросу İsmayıl Abdullayev


Xatırladaq ki, İsmayıl Abdullayev "İdman Azərbaycan" telekanalından ayılması barədə Facebook səhifəsində məlumat qeyd edib. 


Aparıcı işdən çıxmağı ilə bağlı statusunda belə yazıb: 


"Artıq mən də "İdman Azərbaycan" TV və Azərbaycan dövlət televiziyasının sıravi tamaşaçısına çevrildim. 5 il yarım ərzində idman jurnalisti, aparıcısı və şərhçisi kimi fəaliyyətimdə əvəzsiz rolu olan bu telekanallardan, ən əsası yaxın qardaşlardan ayrılmaq çətin olsa da, qərarımı qətiləşdirdim. Azdan-çoxdan qazandığım təcrübəyə, uğura görə isə oradakı hər kəsə, bu müddət ərzində mənə dəstək olan və bəyənməyib tənqid edən hamıya da təşəkkürlər! Ümid edirəm haqqınızı halal edərsiz! Özüm isə, türklər demişkən "önümüzdeki matçlara bakıcaz"".


Elçin Rizvanoğlu
Demokrat.az

28 Avqust 2019, 16:45   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß