Məmurların sərvətlərini ifşa edən azərbaycanlı jurnalistin həyatı təhlükədədir? — Özündən AÇIQLAMA

HADİSƏ 28 avq 2019, 16:14

Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənlinin həyatına təhlükə var. 


Demokrat.az xəbər verir ki, bu barədə jurnalistin özü məlumat yayıb. 


Cavanşir Həsənli bildirib ki, Almaniyadakı azərbaycanlılar arasında onun fotoları paylaşılır və yerini müəyyənləşdirməyə çalışırlar. 


“Bu son günlərdə 1 saylı notarial kontorunun xüsusi notariusu Famil Sabitov və Almaniyada 554 mənzil satmış azərbaycanlı şirkət rəhbəri Nasir Mustafazadə ilə bağlı araşdırmalardan sonra baş verib. 


Hər hansı xoşagəlməz hadisə baş verərsə, buna görə ilk növbədə adları çəkilən şəxslərin məsuliyyət daşıyacaqlarını bəyan edirəm. Beynəlxalq təşkilatlarla əlaqəsi olan dostlardan məsələni onların diqqətinə çatdırmalarını xahiş edirəm”, - jurnalist bildirib.


Cavanşir Həsənli qedib edib ki, məsələ ilə bağlı yerli polisə müraciət edib. 


“Təhlükəsizliyimə görə Avropanı tərk etmək məcburiyyətində qaldığımı bildirmək istəyirəm. Ümid edirəm, Azərbaycan ictimaiyyəti və hüquq mühafizə orqanları bu məsələni diqqətdə saxlayacaqlar.


Almaniyada yaşayan azərbaycanlılardan kimə mənim şəkillərim göndərilibsə, məlumat vermələrini xahiş edirəm”, - deyə Cavanşir Həsənli əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top