Məşhur İngiltərə klubu maliyyə böhranına görə ləğv oluna bilər

İDMAN 28 avq 2019, 15:17

İngiltərənin “Bolton” klubu fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib.

 

Ölkənin ən köklü klublarından biri ciddi maliyyə problemi ilə üzləşib. Bu səbəbdən “Bolton”un dağılması ehtimalı yüksək görünür. Avqutsun 24-də klubun satışı ilə bağlı növbəti sövdələşmə baş tutmayandan sonra İngiltərə Futbol Liqası “Bolton”a bu ayın 27-dək vaxt qoyub. Çərşənbə axşamına qədər müştəri tapılmasa, Bolton şəhərinin eyni adlı təmsilçisi ləğv ediləcək.

 

Qeyd edək ki, 1874-cü ildə yaradılan “Bolton” son olaraq 2011/2012 mövsümündə İngiltərə Premyer Liqasında çıxış edib. Klub 4 dəfə ölkə kubokunu, 1 dəfə isə Superkuboku qazanıb.
Hazırda "Bolton" birinci liqada oynayır. (Fins.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top