Cüdo üzrə DÇ: Orucov gümüş, Heydərov bürünc medal qazandı

Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən dünya çempionatında eyni çəkidə iki medal qazanıb.

 

Demokrat.az-ın məlumatına görə, 73 kq dərəcəsində mübarizə aparan idmançılarımız Rüstəm Orucov və Hidayət Heydərov yarımfinala qədər mübarizədə bütün görüşlərdə qalib gəliblər. Cüdoçularımız finalın bir addımlığında bir-birinə rəqib olub. Gərgin görüşdə R.Orucov minimal hesabla qalib gələrək, dünya çempionatının həlledici mərhələsinə vəsiqə qazanıb. Burada onun rəqibi, olimpiya çempionu yaponiyalı Şohei Ono olub. Lakin cüdoçumuz üç il əvvəl Rio Yay Olimpiya Oyunlarında uduzduğu rəqibi ilə bu dəfə də bacarmayıb. Beləliklə,təmsilçimiz mundialı gümüş medalla başa vurub. 

 

H.Heydərov isə bürünc mükafat uğrunda tacikistanlı Somon Maxmadbekovdan üstün olub və yarışı medalsız tərk etməyib. 

 

Zaur 

Demokrat.az

28 Avqust 2019, 00:03   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß