Bakıda 256 kiloluq qadın əməliyyat olundu — FOTOLAR

MARAQLI 27 avq 2019, 20:49

Azərbaycanda ağır çəkili qadın bariatrik (mədə kiçiltmə) əməliyyatı keçirib.


Demokrat.az xəbər verir ki, bu barədə məlumatı bariatrik cərrah, Tibb üzrə fəlsəfə doktoru Fərid Rəfiyev sosial şəbəkə hesabından verib.

 

O, əməliyyat zamanı xəstənin çəkilən fotonu paylaşaraq, bu sözləri qeyd edib:

 

“Tibbi təcrübəmdə rast gəldiyim ən çəkili pasientimin bu gün əməliyyatı uğurla nəticələndi. Xatırladım ki, pasientimiz bizə 256 kilo çəki ilə müraciət edib. Bir ay hazırlıq aparılandan sonra bu gün əməliyyata alınıb. Əməliyyatın əvvəlində çəkilən bu foto çox şey deyə bilir.. O anda olan düşüncə və fikirlərin sayı hesabı yox idi. Sonda isə əməliyyatın uğurla başa çatması ən böyük hədiyyəmiz oldu”.


Doktor Rəfiyevin bildirdiyinə görə, ağır çəkili pasient 1 ay boyunca xüsusi pəhriz proqramı ilə əməliyyata hazırlaşdırılıb. Xəstə pəhrizlə sadəcə 7 kq çəki ata bilib.
Əməliyyat uğurla başa çatıb. Xəstəxanadan aldığımız məlumata görə, xəstənin vəziyyəti stabildir. (“Ölkə.Az”)

Image result for farid rafiyev

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top