"Məqsədimiz Ermənistanla Qarabağ arasındakı sərhədləri aradan qaldırmaqdır" — Paşinyan yenə SƏRSƏMLƏDİ

GÜNDƏM 27 avq 2019, 16:31

"Dağlıq Qarabağ probleminin və erməni xalqının müstəqilliyinin beynəlxalq aləmdə tanıdılması üçün erməni diplomatlar yorulmadan çalışmalıdırlar". 


Demokrat.az xəbər verir ki, belə bir sərsəm bəyanatla Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi səfirlərin və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşü zamanı bildirib. 


Növbəti erməni yalanları ilə dünyanı aldatmağa çalışan Paşinyan SSRİ-dən çıxaraq müstəqillik qazanmış dövlətlərlə separatçı "Dağlıq Qarabağ Respublikasını" eyniləşdirməyə çalışıb.


"Necə ki, vaxtilə Azərbaycan müstəqillik qazanıb SSRİ-dən çıxanda heç kim bunu qəribə hadisə kimi baxmırdı, indi də Qarabağın Azərbaycandan ayrılması heç kəs üçün təəccüblü olmamalıdır. Məqsədimiz suverenliyi və təhlükəsizliyi təmin etmək, vətəndaşların təhlükəsizliyi və firavanlığı üçün ən əlverişli atmosferi yaratmaqdır. Bunun üçün ölkənin səsini dünyaya daha çox çatdırmaq lazımdır. Burada əsas vəzifə Ermənistanın beynəlxalq aləmdə etibarını artırmaqdır. Demokratik proseslər dönməzdir. Məqsədimiz Ermənistanla, diaspor və Artsax (Qarabağ) arasındakı sərhədləri aradan qaldırmaqdır", - deyə Paşinyan sərsəmləyib. 


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top