Ermənistanla Rusiya arasında silah tenderi ilə bağlı QALMAQAL

DÜNYA 26 avq 2019, 15:45

Ermənistanın Müdafiə Nazirliyi ilə Rusiya şirkəti arasında  tender qalmaqalı yaşanır. 


Demokrat.az Ria-Novostiyə istinadən məlumat verir ki, Ermənistanda Rusiya şirkətinin də qatıldığı silah tədarükü üzrə tenderin ləğvi ilə bağlı cinayət başlanıb. 


Bu ilin may ayında Ermənistanın Müdafiə Nazirliyi ilk dəfə olaraq bir neçə milyon dollar məbləğində hərbi texnikanın tədarükü üçün tender elan edib. Yalnız Rusiyanın “Promtexnologiya” şirkətinin  “ORSİS” brendi tenderin şərtlərinə cavab verib. 


Lakin az sonra heç bir səbəb göstərilmədən tender ləğv olunub. Şirkət  Apellyasiya Komissiyasına müraciət edib. Həmçinin, şirkətin Ermənistanda maraqlarını təmsil edən vəkil Müdafiə Nazirliyinə qarşı iddia qaldırıb. Olay barədə Ermənistanın Rusiyadakı səfirliyinin hərbi attaşesinə də məlumat verilib.


Müdafiə Nazirliyi cinayət işinin başlanması barədə xəbəri təsdiqləyib. Əlavə məlumatın isə istintaqın sonunda veriləcəyi bildirilib.


“ORSİS” “Promtexnologiya”nın istehsal etdiyi silahların, sadəcə bir qrupudur. “Promtexnologiya” bir  neçə il ərzində İrəvana silah, güllələr və optik avadanlıqlar göndərib. Şirkətdən bildiriblər ki, indi onlar qara siyahıdadırlar.


İşin təfərrüatlarına gəlincə, şirkətin nümayəndəsi bildirib ki, Müdafiə Nazirliyinə tələb olunan bütün sənədlər verilib. Lakin qurum bəzi sertifaktların verilmədiyini iddia edir. Həmçinin nazirlik bank zəmanəti ilə bir neçə yüz min dollarlıq ödəniş də tələb edib. Şirkətin nümayəndəsi isə bildirir ki, qanunla bu, yalnız şirkət tenderi qazanıb müqaviləni imzalamaqdan imtina etdikdə mümkündür. 


"Biz Apellyasiya Komissiyasına müraciət etdik. Tenderlər birbaşa əlaqəsi olmayan sənədlər əlavə olundu. Lakin sonda bildirildi ki, bir neçə sənəd yoxdur. Halbuki biz onları təqdim etmişdik”, - deyə şirkətin nümayəndəsi bildirib. 


Onun fikrincə, mövcud vəziyyət Ermənistanda patron zavodu inşası layihəsinin pozulmasına təhlükə yaradır. Zavodun Rusiyanın sərmayələri hesabına yaradılacağı güman edilirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top