İsrail Suriyadakı İran obyektlərinə zərbələr endirdi

DÜNYA 25 avq 2019, 13:07

İsrail hərbçiləri, İranın ölkələrinə pilotsuz uçuş aparatları ilə hücumunun qarşısını almaq üçün Suriyaya zərbələr endirdiklərini bəyan ediblər.

 

Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

 

“İsrail Müdafiə Qüvvələrinin qırıcıları bu yaxınlarda Suriyanın Akraba kəndində “bir sıra terrorçu hədəfləri”nə hücum ediblər. Son günlərdə Suriyadan İsrail ərazilərindəki hədəflərə hücum planlaşdıran “Əl-Kuds” birləşmələrinin və şiə dəstələrinin obyektləri məhv edilib.

 

Qarşısı alınan hücumun planı silahlarla təchiz edilmiş pilotsuz uçuş aparatılarından İsrail hədəflərinə qarşı istifadə idi”, – deyə hərbçilərin açıqlamasında bildirilir.

 

İran hərbçiləri və şiə dəstələri arasında itkilərin ola biləcəyi istisna olunmayıb.

 

Bundan əvvəl isə Dəməşq səmasında güclü partlayışlar müşahidə edilib. Suriya hərbçilərinin bildirdiyinə görə, hücumlar İsrail aviasiyası tərəfindən Golan yüksəkliklərindən Dəməşq istiqamətində həyata keçirilib və raketlərin əksəriyyətinin qarşısı hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb.

 

Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu da gecə saatlarında həyata keçirilən hərbi əməliyyatı təsdiqləyib və bildirib ki, İranın ölkəyə hücum planının qarşısı alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top