Bakı-Quba yolunda iki avtomobil toqquşdu - xəsarət alanlar var

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba yolunun 110-cu kilometrliyində Şabran rayonunun Ağbaş kəndi ərazisində hərəkətdə olan iki minik avtomobili toqquşub.

 

Nəticədə, avtomobillərdə olan 1959-cu il təvəllüdlü Ələm Bəhman oğlu Azayev, 1959-cu il təvəllüdlü İlham Gülümbala oğlu Gülmirzəyev və 1964-cü il təvəllüdlü Azayeva Aidə Dünyamalı qızı müxtəlif dərəcəli bədən xəsarətlərilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıblar.

 

Onların vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

25 Avqust 2019, 10:55   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß