Toy karvanında qəza: bəylə gəlin yaralandı

SİYASƏT 24 avq 2019, 23:55

İranın Zəncan vilayətində Qeydar yolunda toy karvanında ağır yol qəzası baş verib.

 

Bunu İranın Zəncan vilayətinin yol polisinin rəis əvəzi polkovnik Məhəmməd Əli Əzimi deyib.

 

M.Əziminin sözlərinə görə, toy karvanında "Peugeot Pars" markalı avtomobilin aşması nəticəsində 2 nəfər həlak olub.

 

Rəsmi əlavə edib ki, hadisə nəticəsində bəylə gəlin də yaralanıb və xəstəxanaya yerləşdirilib.

 

Polis rəisi hadisəyə səbəbin sürət həddini aşma olduğunu deyib.

 

Trend.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top