Bundesliqada yeni rekord qeydə alındı

İDMAN 24 avq 2019, 19:56

Almaniya Bundesliqasında yeni rekord qeydə alınıb.

 

Bu, II turun “Köln”lə Dortmund “Borussiya”sı arasında oyunda gerçəkləşib.

 

Qonaqların oyunçusu Ceydon Sanço Almaniya çempionatlarında 15 qol həddinə çatan ən gənc futbolçu olub. 3:1 hesablı qələbəyə bir topla töhfə verən ingiltərəli yarımmüdafiəçi 19 yaş 151 günlüyündə bunu bacarıb.

 

O, “Ştutqart”ın futbolçusu Horst Keppelin 1967-ci ildə müəyyənləşdirdiyi rekordu 35 gün üstələyib.

 

Qeyd edək ki, C.Sanço 2017-ci ildən “Borussiya”da çıxış edir. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top