Ermənilər Füzulini talan edib - Kosmosdan çəkiliş

"Azərkosmos” ASC təcavüzkar Ermənistan tərəfindən Füzuli rayonunda dağıdılmış Füzuli şəhərinin "Azersky” peyki vasitəsilə 2017-ci il iyulun 3-də əldə olunmuş təsvirini yayımlayıb.

 

Füzuli rayonunun ermənilər tərəfindən işğal olunmasından 26 il sonra yayımlanan görüntülərdə rayonun talan olunduğu açıq bəlli olur.

 

Məlumat üçün qeyd edək ki, Füzuli rayonunun ərazisində bir milyon il əvvələ aid qədim insanların yaşadığı mağaraların qalıqları yerləşir. Cənubi Qafqaz regionunda qazıntılar zamanı ən qədim metal tapıntılar məhz Füzuli rayonunda aşkar olunub. (Qaynarinfo)

24 Avqust 2019, 16:46   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß