ABŞ-ın Ermənistana maliyyə yardımını kəsməsinin səbələri — Politoloqların şərhi

GÜNDƏM 24 avq 2019, 15:49

ABŞ işğal edilmiş Dağlıq Qarabağ bölgəsində “The HALO Trust” təşkilatı tərəfindən aparılan fəaliyyətə maliyyə dəstəyini dayandırıb. Ermənistan və ABŞ-dakı erməni lobbisinin cəhdlərinə baxmayaraq, təşkilatın yenidən işğal olunmuş ərazilərdə mina təmizlənməsinə maliyyə vəsaiti ayırmaq niyyətində deyil. ABŞ və “The HALO Trust”təşkilatının ermənilə pul ayrımamasının səbəblərini politoloqlarla aydınlıq gətirməyə çalışdıq.


Demokrat.az xəbər verir ki, politoloq Mübariz Əhmədoğlu “Ölkə.Az”a açıqlamasında deyib ki, Azərbaycan qarşısına hansı hədəfi qoyursa, ona nail olur.


“Bu da Azərbaycanın yürütdüyü məqsədyönlü siyasətin tərkib hissəsidir.  Azərbaycan hökumətinin ABŞ-la apardığı sıx əməkdaşlığın   nəticəsidir ki, “The HALO Trust”təşkilatı separatçı rejim də mina təmizlənməsinə vəsait ayrımaq istəmir. Bu gün Azərbaycan tərəfinin  yürütdüyü siyasət  nəticəsində  xarici investorlar nəinki Dağlıq Qarabağdakı işğalçı rejimin ərazisindən, eyni zamanda  Ermənistandan getməyə üz tutublar. Artıq Ermənistan onlar üçün sərmayə qoyuluşu cəhətdən perspektivsiz bir ölkəyə çevrilib”- M.Əhmədoğlu deyib.


Konkret olaraq “The HALO Trust”təşkilatına gəldikdə, politoloq deyib ki, bu təşkilat təkcə orada mina təmizlənməsinə yox, eyni zamanda separatizm və işğalçılıq siyasətinin möhkəmlənməsinə, onun  beynəlxalq aləmdə dəstəklənməsinə dəstək verən bir qurum idi.  İndi istər ABŞ, istərsə də adıçəkilən təşkilatın ermənilərə maliyyə vəsaitinin ayrımamasının bir səbəbi var, bu da ondan ibarətdir ki, artıq Amerikada da ermənilərin işğaçılıq siyasətinin mahiyyətini anlayırlar. Bunun dünyanın təhlükəsizlik arxitekturasına, xüsusən də Vaşinqtonun maraqlarına necə zərbə vurduğunun fərqindədirlər. Ona görə də maliyyə yardımını dayandırıblar”- M.Əhmədoğlu qeyd edib.


Politoloq İlqar Vəlizadə isə bildirib ki, Tramp hakimiyyətə gəldikdən sonra ölkələrin maliyyələşdirməsi ilə bağlı prioritetləri də dəyişib. 


“Ümumiyyətlə Tramp hakimiyyəti USAİD proqramı çərçivəsində xarici ölkələri maliyyələşdirməsini minimuma endirib.  Məqsəd də ondan ibarətdir ki, ayrılan  maliyyə vəsaitlərinin ABŞ-ın maraqlarına nə qədər xidmət edib, hansı dividentləri gətirib. Ermənistana ayrılan maliyyə vəsaitinin ayrılmasının kəskin surətdə azalmasının səbəbi bununla əlaqədardır”- politoloq deyib.


İ.Vəlizadə əlavə edib ki, Tramp hakimiyyəti əksinə onun maraqlarını təmin oldunduğu ölkələrə maliyyə vəsaitini artırıb. 


“Azərbaycan da ABŞ-ın maliyyə yardımını artırdığı ölkələrdəndir. Çünki Azərbaycandan Əfqanıstana tranzit ölkə kimi istifadə olunur. Yəni Azərbaycan üzərindən Əfqanıstanın təchizatı baxımından  müxtəlif təyinatlı yüklər daşınır. Azərbaycan Əfqanıstanda sülhün təmin olumasında müstəsan rol oynadığından, ABŞ üçün böyük əhəmiyyət kəsb  etdiyindən, maliyyə yardımını artırıb. Lakin Ermənistan  ABŞ-ın maraqlarını təmin edən proseslərdə iştirak etmədiyindən, ona maliyyə vəsaiti ayırmağa lüzum görmür”- ekspert bildirib.


Politoloqun sözlərinə görə, ABŞ rəsmiləri və bölgənin yaxşı tanıyanlar bilir ki, Ermənistana ayrılan pullar təyinatı üzrə istifadə olunmur: 


“Onlar yaxşı bilir ki,  ayrılan pullar təyinatı üzrə deyil,  ayrı-ayrı  insanların, siyasi elitada olanların ciblərinə  gedir. Ayrılan pulların nəticə vermədiyindən bu ölkəyə maliyyə yardımı etməkdən imtina edir”.


Erməni lobbisinın cəhdərinə baxmayaraq, Ermənistana pul ayrılmamasının səbəblərinə gəldikdə ekspert bildirib ki, artıq erməni lobbisi də acizlik çəkir.  


“Artıq ABŞ konqresində erməni lobbisinin də təsiri  və irəli sürdüyü arqumentlərin kəsərliliyi azalır. Erməni lobbisi Konqresə təsir edə bilmədiyindən  Ermənistana maliyyə vəsaitinin ayrılmasında aciz qalırlar. Yəni, ABŞ artıq boş yerə pul xərcləmək istəmir”- politoloq qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top