Putin İlham Əliyevi parada dəvət etdi

SİYASƏT 24 avq 2019, 00:06

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi şərəfinə 9 may 2020-ci ildə keçiriləcək parada dəvət edib.

 

Demokrat.az "Sputnik Azərbaycan"a istinadən bildirir ki, məlumatı Rusiya Prezidentinin administrasiyasında tədbirin hazırlıq işləri ilə tanış olan mənbə verib.

 

Agentliyin həmsöhbəti qeyd edib ki, parada MDB ölkələrinin bütün liderləri dəvət olunur.

 

Daha əvvəl bildirildi ki, Rusiya Prezidenti Vladimir Putin Fransa, Çin, ABŞ, Şimali Koreya, Hindistan və Pakistan liderlərini də Qələbənin 75 illiyinə dəvət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top