"İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Səfir

SİYASƏT 23 avq 2019, 23:28

"İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini dəstəkləyir".

 

Bunu jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fənani bildirib.

 

“İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəkləyib, biz ölkənizə kömək etməyə daim hazırıq”, - deyən səfir iki ölkə arasında iqtisadi əlaqələrin də yüksək səviyyədə olduğunu, İndoneziyanın neft ehtiyaclarını xeyli dərəcədə ödəyən Azərbaycandan ildə 2 milyon barelədək neft idxal etdiklərini diqqətə çatdırıb.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top