Deputat Ağalar Vəliyevin biznes imperiyası... - Azərbaycan sərhədlərini aşır (FOTOLAR)

İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı, "Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevdir.

 

Demokrat.az xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

Bildirib ki, İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur:


"Ağalar Vəliyevin biznesi və "Azəraqrartikinti” ASC haqqında mətbuatda dəfələrlə yazılıb, o üzdən geniş təfərrüata varmaq istəmirəm.

Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir. 

Bundan başqa onun İSRAFİL MTK (Mirəli Qaşqay, 94 və S.Rəhman 53 ünvanında hər biri 14 mərtəbəli və 112 mənzilli olmaqla iki bina), RAHATLIQ MTK (Maliyyə Nazirliyinin arxasında, Zabitlər bağının yaxınlığında, Nəsimi rayonu, H.Sarabski 16A ünvanında) kommunal və servis xidmətləri göstərir.

Deputatın Ukraynada da biznesi var...".

Jurnalist daha sonra bildirib ki, Ukraynanın paytaxtı Kiyevdə, Antonoviç küçəsi 72 ünvanında yerləşən, şərq üslubunda dizayn edilmiş PLOV restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir: 

"Əvvəllər bura VENTURA adı ilə məşhur olub. Restoran 2015-ci ilin iyulunda Ukraynada qeydiyyatdan keçmiş və ofisi həmin ünvandakı çoxmərtəbəli binada yerləşən AXSAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tərəfindən alınıb və restavrasiya olunub. Nizamnamə kapitalı 10 milyon qrivna olan AXSAN MMC-nin 33.3 faizi (3.333 milyon qrivna) Ağalar Vəliyevin qardaşı oğlu, Bakı şəhəri, Şərifzadə 174-də qeydiyyatda olan Vəliyev Ramin Şahbaz oğluna məxsusdur. Ramin Vəliyev 2011-ci ildən fəaliyyət göstərən və faktiki olaraq Ağalar Vəliyevə aid AZİTAL MMC-nin təsisçisidir. 

AXSAN MMC-nin digər təsisçiləri Axundov Nadir Ələsgər oğlu və Ukrayna vətəndaşı Anatoliyeviç Aleksandr Saxarovdur.

ŞAHPLOV restoranı (ŞAHBAZ PLOV da oxuya bilərsiniz) Nadir Axundovun və onun həyat yoldaşının adına 2016-cı ildə rəsmiləşdirilmiş ŞAHPLOV MMC vasitəsilə idarə olunur.

ŞAHPLOV deputatın Ukraynadakı yeganə biznesi deyil, onun faktiki sahibi olduğu və Nadir Axundovun idarə etdiyi digər restoran "Bakinskiy Bulvar" kompleksidir. Restoran Nadir Axundovun adına rəsmiləşdirilmiş BAKİNSKİY BULVAR MMC vasitəsilə idarə olunur. 1.85 hektar ərazidə yerləşən kompleks hazırda 3.2 milyon dollara satışa çıxarılıb".

Yeri gəlmişkən, Mia.az xəbər verir ki, deputatın Azərbaycanda da böyük biznesi var. Elə Bakıda çoxsaylı ərazilərdə, hətta metro çıxışlarının üstündə, dəmiryol xətlərinin bir addımlığında yüksəkmərtəbəli binalar tikərək, çox baha kredit faizləri ilə satan "Kristal Abşeron" tikinti şirkəti də Ağalar Vəliyevə məxsusdur...

 

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

 

Elçin Rizvanoğlu

Demokrat.az

23 Avqust 2019, 21:53   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß