Ermənistanın baş qərargah rəisi Bakıdakı parada baxıb QORXDU

Azərbaycanın müasir hərbi texnika ilə silahlanması Ermənistanı narahat edir.

 

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr edilmiş hərbi paraddan danışarkən bildirib.

 

Azərbaycan Ordusunun gücünü etiraf edən və qorxduqlarını gizlətməyən Davtyan Ermənistan ictimaiyyətini sakitləşdirmək üçün bir sıra iddialar səsləndirib.

 

“Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin arsenalında hansı silahların olduğunu hərbi paraddan öyrəndiyini demək sadəlövhlük olardı. Biz rəqibin hansı silahlara malik olduğunu, hansı növ silahlar almaq istədiyini bilirik. Təbii ki, bütün bunlar bizi narahat edir. Lakin vətəndaşlarımızı inandırıram ki, Ermənistan ordusu qarşıya qoyulmuş vəzifələrin effektiv reallaşması üçün kifayət qədər vasitəyə malikdir. Biz silah arsenalımızı gücləndiririk, həmçinin, hərbi sənayeyə diqqət ayırırıq”, - deyə Davtyan iddia edib.

1 İyul 2018, 14:56   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß