Qəbələdə meşə yanır — Helikopter və təyyarə qaldırıldı

HADİSƏ 23 avq 2019, 19:00

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.


Demokrat.az xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 


Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib.


Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top