Siyavuş Novruzov “Facebook”da səhifə açdı: “Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam”

MARAQLI 23 avq 2019, 17:44

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisinİctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Facebook” sosial şəbəkəsində öz adına səhifə açıb.


S.Novruzov “Report”a açıqlamasında deyib ki, cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazımdır.


YAP rəsmisinin sözlərinə görə, “Facebook” müzakirələrin aparılması üçün vasitədir: 


“Bəzi mətbuat orqanları təhrifə yol verir, özlərinə sərf edən hissəni dərc edirlər. Amma sosial şəbəkədə fikri aydın şəkildə ifadə etmək mümkündür”.


S.Novruzov bundan sonra mövqeyini daha çox sosial şəbəkə üzərindən ifadə edəcəyini qeyd edib: 


“Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam”.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top