Azərbaycanın xarici dövlət borcu 9 milyard dollara yaxınlaşır

İyulun 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dolları (15 milyard 164,1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faizdir (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manat ÜDM-ə nisbətdə).

 

Maliyyə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, borca hökumətin birbaşa və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

 

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

23 Avqust 2019, 15:50   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß