Hacıqabulda yol qəzası: yaralılar var - YENİLƏNİB + FOTO

HADİSƏ 23 avq 2019, 09:32

Hacıqabul rayonunda yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

 

Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, xəsarət alanlar - 1967-ci il təvəllüdlü Əliyeva Rəsmiyyə Mustafa qızı, 1947-ci il təvəllüdlü Hidayətova Qahirə Bəhram qızı, 1999-cu il təvəllüdlü Əbdürrəhmanova Nərmin Taleh qızı, 1974-cü il təvəllüdlü Əliyev Ceyhun Tariyel oğlu, 2002-ci il təvəllüdlü Məmmədli Aytac İlham qızı, 2005-ci il təvəllüdlü Məmmədli yasin İlham oğlu, 1983-cü il təvəllüdlü Şərifova Cəmilə Tehran qızıdır.

 

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

08:29

Hacıqabulda mikroavtobus qəzaya uğrayıb, yaralananlar var.

 

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Muğan kənd ərazisində baş verib.

 

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan yeddi nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Onlara ilk tibbi yardım göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top