"Qarabağ" Avropa Liqasına məğlubiyyətlə başladı

İDMAN 23 avq 2019, 00:37

Çempionlar Liqasında mübarizəni dayandıran Ağdamın "Qarabağ" klubu Avropa Liqasında pley-off mərhələsinin ilk oyununa çıxıb. 


Demokrat.az xəbər verir ki, təmsilçimiz, son Şimali İrlandiya çempionu "Linfild"ə məğlub olub. Səfər matçında ilk qol "Qarabağ"dan gəlsə də, meydan sahibləri sonradan 3 top vurmağı bacarıb. Belə ki, rəqib, komandamızın müdafiədəki inamsız oyunundan və səhvlərindən maksimum yararlanıb. Hesabda iki top fərqi ilə geri düşən "Qarabağ" nisbətən sərfəli nəticə qazanıb. Görüşün artırma dəqiqələrində Maqaye Geye penaltidən fərqlənib.

 

Beləliklə, gərgin keçən qarşılaşma rəqibin 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, cavab oyunu bir həftə sonra Bakıda baş tutacaq.

 

Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
22 avqust

“Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan) 3:2
Qollar:
M.Stafford, 40. Ş.Leyveri, 45+1; 75 - F.Rerras, 15. M.Qeye, 90+3-pen.
Belfast. “Vindzor Park” stadionu. 
Hakimlər: Sandro Şarer, Stefan de Almeyda, Bekim Zoqay, Fedayi San (hamısı İsveçrə).
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya).
UEFA nümayəndəsi: Mikael Salzer (İsveç).

Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper, 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 22 Ceymi Malqryu (k), 27. Endryu Mitçell, 31. Nayall Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 7. Endryu Uoteruort, 10. Cordan Stüart, 12. Kirk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern.
Baş məşqçi: David Hili.

 

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, 3. Aylton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top