Göygöldə yanğın: üç nəfər zəhərləndi

HADİSƏ 22 avq 2019, 21:23

Göygöl rayonunun Əzgilli kəndi ərazisində ev yanıb. 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, 1965-ci il təvəllüdlü Rəhman Quliyevə məxsus, ümumi sahəsi 104 kvadratmetr olan birmərtəbəli, dördotaqlı evin 1 otağı içərisindəki əşyalarla birgə yanıb. Yanğın zamanı üç nəfər tüstüdən zəhərlənib. Onlara ambulator yardım göstərilib. Yanğın söndürülüb.

 

Yanğına elektrik xətlərində yaranmış qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Yanğın olan əraziya texnika qalxa bilməyib. Canlı qüvvə piyada hərəkət etməyə məcbur olub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top