"Bu ilin 6 ayında ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub" - Deputat

"2019 - cu ilin birinci yarısının göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının enerjidən asılılığının azaldılması məqsədi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü islahatlar artıq öz bəhrəsini verməkdədir.

 

Demokrat.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Rüstəm Xəlilov deyib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun kompleks inkişafı ilə bağlı  genişmiqyaslı proqramlar  nəzərdə tutularaq həyata keçirilməkdədir. “Həyata keçirilən bu islahatlar nəticəsində regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır. Qarşıya qoyulan  hədəflərə nail olunur. Məhz bunun nəticəsidir ki,  cari ilin altı ayında qeyri-neft sektorunda 3,2 faiz artım qeydə alınıb. Qeyri-neft sektorunda sənayeləşməyə verilən diqqət nəticəsində bu sahədə 15,7 faizlik artıqm qeydə alınıb. Sənayenin qeyri-neft sektoru sürtələ inkişaf etməkdədir. Bildiyiniz kimi, son dövrlərdə karbamid zavodu, “SOCAR-Polymer” zavodunun istifadəyə verilməsi bunun bariz nümunəsidir”.

Deputat əlavə edib ki, islahatlar nəticəsində kənd təsərrüfatında da rekord göstəricilərin  əldə edilməsinə nail olunub. “ Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artıb. Bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.
Deputat deyib ki, həyata keçirilən islahatlar həm xarici, həm də daxili sərmayədarlar üçün cəlbedici mühit yaradıb. “Rəsmi statistikaya nəzər salsaq, o zaman görərik ki, 2019-cu ilin 6 ayında ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı regionlarda  9 sənaye parkı və məhəllələri yaradılıb. Yaradılan sənaye parkları və məhllələrinə 5,7 milyard manat həcmində sərmayə qoyulub. Bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib”- deputat bildirib.

İnvestisiyaların təşviqinə gəldikdə deputat qeyd edib ki, bu  sahədə də  görülən işlər regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir: “Bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb”. 

Deputat əlavə edib ki,  biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. “Bu islahatlar beynəlxalq qurumlar tərəfindən də müsbət dəyərləndirilir. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır. Ölkəmiz hazırda 25-ci yerdədir. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir”.

Deputat deyib ki, ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmaqdadır: “Cari ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılıb. İlin ikinci yarısında 120 milyon manat həcmində güzəştli kredit veriləcək”. 

R.Xəlilov bildirib ki, ümumiyyətlə, qeyri-neft sektorunun bütün sahələrinin inkişafı istiqamətində xüsusi proqramlar hazırlanıb həyata keçirilməkdədir və bu öz bəhrəsini verir.  “Ölkə başçısının turizm sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi islahatlar, atdığı addımlar  göz önündədir. Görülən işlərin nəticəsidir ki, ölkədə turizm sektorunda canlanma müşahidə olunmaqdadır. Ölkəyə gələn turistlərin sayı ilbəil artmaqdadır. Bütün bunlar Azərbaycanın  dayanıqlı inkişafını təmin edən amillərdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin əsas qayəsi də respublikanın dayanıqlı inkişafına nail olmaqla, ölkə əhalisinin  rifah halını  və layilqi həyat şəratini təmin etməkdir. Və biz də  həyata keçirilən bu siyasətin nəticələrini görməkdəyik.  Yaxın gələcəkdə bu siyasətin tam reallaşdığının şahidi olacağıq”- deputat bildirib

22 Avqust 2019, 18:24   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß