Ermənilər BMT-də Azərbaycana qarşı təxribata əl atdılar - FOTOFAKT

SİYASƏT 22 avq 2019, 13:26

Ermənilər Birləşmiş Millətlər Təşkilatında Azərbaycana qarşı növbəti təxribata əl atıblar.

 

BMT rəsmi sənəd kimi Qarabağdakı qondarma rejim nümayəndələrinin hazırladığı və “Artsaxda dayanıqlı inkişaf üçün könüllü milli baxış” adını almış hesabat yayımlayıb.

 

Həmin sənəd “2030-cu ilə qədər BMT-nin dayanıqlı inkişaf gündəliyi” adlı rəsmi qərarı əsasında yazılıb.

 

Sənəddə qondarma rejimin demokratik cəmiyyət yaratmaq səyləri barədə məlumatlar və Azərbaycana qarşı əsassız iddialar yer alıb. Sənəd “xarici işlər nazirliyi və “Artsaxın dayanıqlı inkişaf milli şurası” tərəfindən hazırlanıb. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top