Qurbanlıq qoyun 9 gün quyunun içində gizləndi – VİDEO

MARAQLI 21 avq 2019, 23:55

Türkiyənin şimal-qərbində yerləşən Düzce şəhərində maraqlı hadisə baş verib. Qurbanlıq qoyun sahibindən qaçaraq 9 gün quyunun içində gizlənib.


Bizimyol.info xəbər verir ki, qoyun Qurban bayramında yoxa çıxıb. Onu xilasediclər Beycilər məhəlləsində quyudan çıxarıblar.

 

Qoyunu hamıdan əvvəl Düzcede yaşayan Zeki Ermiş görüb. Onun dediyinə görə, yaxınlıqda rəngsazlıq edərkən quyudan səs eşidib. Baxanda üzərindəki xüsusi əlamətlərdən qurbanlıq olduğu bilinən ev heyvanını görüb. Xilasedicilərə xəbər verib.

 

Qoyunun sahibi hələ tapılmayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top