Azərbaycanda oğul atasını pensiya kartı üstündə öldürdü

KRİMİNAL 21 avq 2019, 23:01

Tovuz rayonunda oğul atasını qətlə yetirib.

 

Hadisə rayonun Aşağı Quşcu kəndində qeydə alınıb. 1959-cu il təvəllüdlü Məsimov Rasim pensiya kartına görə atası Müzəfər Məsimovu qətlə yetirib.

 

İlkin məlumatlara görə təqaüt kartı oğulda olub. Atası M.Məsimov kartı istəyib. R.Məsimov bundan əsəbləşib. Daha sonra həyətlərindəki çəkiclə atasının baş nahiyyəsinə 5 zərbə endirib. Nəticədə yaşlı kişi hadisə yerindəcə keçinib. Oğul isə hadisə yerini tərk edib.

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Məsimov Rasim həbs edilib. (Baku.ws)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top