"Bütün sınaq və imtahanlara məsuliyyət və vicdanla yanaşmışam" - Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə APA-ya müsahibə verib.

 

Demokrat.az həmin müsahibəni təqdim edir:

 

- Bu il Qafqaz Müsəlmanları İdarəsinin sədri kimi anadan olmanızın 70, şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi tamam olur. Prezident İlham Əliyev də anadan olmağınızın 70, şeyxülislamlıq fəaliyyətinizin 40 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 70 illik həyat və 40 illik şeyxülislam kimi fəaliyyətiniz barədə cəmiyyətlə nələri bölüşmək istərdiniz?

 

- Bismillahir-rəhmanir-rəhim! Əlhəmdülillah, bu ildönümlərinə yetişmək nəsibim olub. Uca Allaha layiq bəndə, xalqıma, millətimə layiq övlad, ölkəmə, dövlətimə faydalı vətəndaş olmaq niyyətim hər zaman mənim üçün önəm kəsb edib. Bu yolda əqlimi və səylərimi heç bir vaxt əsirgəməmişəm. Taleyimə düşən bütün sınaq və imtahanlara məsuliyyət və vicdanla yanaşmışam, iman və əqidəmə əməl edərək, daim millətimin, ümmətin maraq və mənafelərindən çıxış etmişəm. Mənim üçün olduqca dəyərlidir ki, iki əsrin Şeyxülislamı olaraq, ölkəmizin taleyüklü məqamlarında xalqımın, Vətənimizin ən mürəkkəb, həmçinin, sevincli dövrlərində din xadimi olaraq Uca Allahın buyurduqlarını çatdırmaq, xeyir-duasını diləmək şərəfinə nail olmuşam. Xalqımın haqq səsini dünyanın ən mötəbər tribunalarından eşitdirmək imkanım olub.  

 
Bu böyük bir şərəfdir ki, möhtərəm dövlət başçımız həyatım və fəaliyyətimin önəmli ildönümlərinə özəl diqqət və ehtiram nümayiş etdirir. Milli-mənəvi dəyərlərə ali himayə və qayğısını əsirgəməyən cənab Prezidentin Dünya dini liderlərinin II Bakı Sammitinin Bakıda keçirilməsi haqqında tarixi qərarını, 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətə başlamağımın 40 illiyi münasibətilə sərəncamını möhtərəm dövlət başçımızın milli, dini və ümumbəşəri dəyərlərə verdiyi önəmin yüksək təzahürü, həmçinin, şəxsimə olan yüksək hörmət və etimadın göstəricisi kimi yüksək dəyərləndirirəm və bütün bunlara görə Zati-alilərinə hədsiz minnətdaram.

Bu uzun illər ərzində millətimizin, müstəqil dövlətimizin qazandığı hər bir uğur məni sevindirib və bu gün də sevindirməkdə davam edir. Dini, milli dəyərlərə qayıdışımız, 17 məscidi fəaliyyət göstərən ölkədən 2000-dən artıq məscidə sahib ölkəyə çevrilməyimiz, İslami irsimizə sahib çıxan, dünyaya multikulturalizm örnəyi nümayiş etdirən, İslami həmrəyliyə çağıran, ümumbəşəri dəyərlərə ehtiramla yanaşan dövlətimizin varlığı məni qürurlandırır.

Şeyxülislam olaraq qəlbimi fəxarətlə doyündürən çox məqamlar olub bu illər ərzində. İlk növbədə, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi Təzəpirə gəlişini xatırlatmaq istərdim. O zaman dövlət başçısı məsciddə dindarlara xitabən söylədiyi tarixi nitqində Allahın yolunda hamımız bir olaq müraciətini etdi. Bu, heç şübhəsiz ki, tarixi əhəmiyyətli bəyanat oldu. Şəhid edilmiş Bibiheybət məscidinin bərpası haqqında Heydər Əliyev həzrətlərinin sərəncamı dindarlara, bütün xalqımıza böyük bir hədiyyə oldu. Bibiheybətin tarixi məkanında yenidən inşa olunması, bu işə göstərilən ali diqqət və məhəbbət sözlə ifadə olunmayacaq fəxr yaşatdı bizlərə. Və Şeyxülislam olaraq, dövlət başçımızın bu addımını mən olduqca yüksək dəyərləndirirəm. Ulu öndərin Bibiheybətdə söylədiyi - biz bu işləri edəcəyik, çatdıra bilmədiklərimizi davamçılarımız edəcək fikrinin həqiqət olduğunu ən yaxın tariximiz təsdiq edir. Prezident İlham Əliyevin Ulu Öndərin ali mənəviyyat yolunu ən yüksək səviyyədə davam və inkişaf etdirdiyinə tikilən, nəfis şəkildə bərpa olunan məscidlər, kilsələr, sinaqoqlar, mənəvi irsə göstərilən qayğı bariz sübutdur. 

Fərəhli haldır ki, Azərbaycan ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə xitabən ucaldığı ənənəvi məkan statusunu qazanmışdır. Şeyxülislam olaraq, bu böyük miqyaslı işlərdə dövlət başçımızın siyasi iradəsini görmək məni olduqca məmnun edir. Ölkəmizdə istər Multikulturalizm, istər İslam Həmrəyliyi illərinin elan olunması ümumi hədəfə, məqsəd və mərama xidmət edir. Bununla Azərbaycan dövləti dünyada gedən proseslərə özəl, dəyərli töhfə vermiş olur.

Zati-aliləri Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifidir. Dövlət başçımızın qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Humanitar, Mədəniyyətlərarası dialoqa dair Qlobal Forumların mütəmadi olaraq Bakıda keçirilməsi bu təşəbbüslərin sırasında xüsusi əhəmiyyət kəsb edir. BMT, İƏT xətti ilə ali tədbirlərə ev sahibliyi edən Azərbaycan hər zaman bölgədə və dünyada sülh və anlaşmaya xidmət edən mütərəqqi ideyaların dəstəkçisi olaraq çıxış edir. İstər İslam, istərsə Qərb dünyası ilə qarşılıqlı ehtirama əsaslanan beynəlxalq münasibətlərə malik  Azərbaycan həm milli-mənəvi, həm də bəşəri dəyərlərin hamisi olaraq çıxış edir. Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə bizim Prezidentimiz bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirir, Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir.

İslam dəyərlərinin ümumbəşər əhəmiyyətini gözəl dərk edən dövlət başçımız İlham Əliyev həzrətləri bu dəyərlərin bütün dünya üçün önəmini hər zaman xüsusi vurğulayır, beynəlxalq müstəvidə İslam adına təhrifləri, islamofobiya təzahürlərini qətiyyətlə qınayır, İslamın adının terrorizm, ekstremizmlə bağlanmasına ciddi etirazını bildirir. Azərbaycanın dəstəyi ilə Parisdəki Luvr muzeyində islam mədəniyyəti bölməsinin açılışı, Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsi - Azərbaycanın sərgisinin təşkili - bizim ümumislam mədəniyyətinə olan töhfəmizdir. Dövlət başçımızın xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, ümumbəşəri ideyaların carçısına çevrilməsi Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərdir. Dini lider olaraq, bütün bunlar mənim üçün xüsusən yüksək dəyər kəsb edir.

Bütün bu işlərdə dini mərkəz olaraq, Qafqaz Müsəlmanları İdarəsi yaxından iştirak edir, öz töhfələrini əsirgəmir. Bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin, məzhəblərarası həmrəyliyinin nadir nümunəsinə malik bir məkan, milli birlik, mənəvi vəhdət, dini-mədəni müxtəlifliyin unikal nümunəsidir. Şeyxülislam olaraq, bütün fəaliyyət dövrüm ərzində bu qarşılıqlı etimad, ehtiram mühitinin formalaşması üçün əlimdən gələni əsirgəməmişəm. Kəskin ziddiyyətlər, terror, dini və milli zəmində ekstremizm, ksenofobiya, xristianofobiya, antisemitizm və islamofobiyanın tüğyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir ki, dini lider olaraq bundan böyük fəxr duyuram. Azərbaycanda 2017-ci ildə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin də bütün fəaliyyəti bu məramlara  xidmət edir. Mərkəzimiz tərəfindən İspaniyada, Almaniyada, Avstriyada keçirilmiş uğurlu beynəlxalq konfranslar bizim fəaliyyətimizin göstəriciləridir.

Azərbaycanın bu yöndə səylərinin dünya ictimaiyyəti tərəfindən dəyərləndirilməsi Şeyxülislam olaraq, məni çox sevindirir. Dünyanın tanınmış, nüfuzlu dini liderlərinin Azərbaycana səfərlər etməsi, ölkəmizin multikultural həyat modelinin özəlliklərini vurğulamaları mənim üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Qürurludur ki, Roma Papası Azərbaycana səfər edərkən biz, din xadimləri ilə Heydər məscidində görüşdü, oradan bütün dünyaya xitabən etdiyi çıxışında Azərbaycan xalqının və dövlətinin uğurlu birgəyaşayış nümunəsini, ölkəmizdə dini konfessiyalar arasında qardaşlıq və əməkdaşlığı təqdir etdi. Azərbaycanı ziyarət etmiş Rus Pravoslav Kilsəsinin başçısı Patriarx Kiril Təzəpir məscidində etdiyi çıxışında Azərbaycan xalqının və dövlətinin mənəvi dəyərlərə, tolerantlıq ənənələrinə sadiqliyini və bunun həyatın bütün sahələrində uğurlarımıza zəmin yaratdığını xüsusi vurğuladı.

Ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə özəl qayğısı, yüksək siyasi mədəniyyət və ardıcıl iradə ilə nəinki ölkəmizdə, dünyanın ən müxtəlif nöqtələrində həyata keçirdiyi mədəni, humanitar xarakterli layihələr, dini-mənəvi abidələrimizə xüsusi diqqəti, müqəddəs dinimizin təlqin etdiyi şəkildə xeyirxahlıq, mərhəmət dolu addımları Vətənimizin, xalqımızın rifah və səadətinə xidmət edir. Şeyxülislam olaraq, bu nəcib dövlətçilik və xeyriyyəçilik  fəaliyyətinə Uca Allahdan xeyir-dualar diləyirəm.  

Din, mənəviyyat sahəsində Azərbaycan adına qazanılan uğurlarda, dünya çapında nüfuzumuzun yüksəlməsinə mənim də dini lider olaraq bir töhfəm olubsa, çox xoşbəxtəm. Amma görüləsi iş hələ çoxdur. İrəlidə bizim fəaliyyət istiqamətlərimiz üzrə yeni layihələr, tədbirlər planlaşdırılıb və biz bu yöndə düşünür, işlər görürük. Uca Allahın yardımı ilə öz məramımızı həyata keçirməkdə davam edəcəyik.

 

- Vurğulanan əlamətdar yubileylərin qeyd olunması üçün hansı tədbirlərin keçirilməsi, həmin tədbirlərdə hansı nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur? Erməni katolikosu II Qareginə dəvət göndəriləcəkmi?

 

- Yubileylə bağlı dövlət başçımızın Sərəncamına uyğun olaraq Təşkilat Komitəsi yaradılıb. Baş nazirin müavini hörmətli Əli Əhmədovun rəhbərlik etdiyi Təşkilat Komitəsi olduqca məhsuldar işləyir, iclaslar keçirilir, Zirvə görüşünün yüksək səviyyəsinin təmini üçün bütün səylər göstərilir.

Dünya dini liderlərinin bu ilin noyabr ayında Bakıda keçiriləcək II Sammitində 400-dən yuxarı xarici qonağın, o cümlədən, fəxri qonaq qismində 50-dək dünyanın tanınmış dövlət və din xadimlərinin, elm və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir. Bununla əlaqədar, Təşkilat Komitəsi sədrinin rəhbərliyi ilə bütün zəruri tədbirləri və görüşləri həyata keçirir, dəvətləri ən yüksək səviyyədə reallaşdırırıq.

Dünya dini liderlərinin 2010-cu ildə keçirilmiş I Bakı Sammitinə erməni katolikosu MDB Dinlərarası Şurasının üzvü kimi qatılmışdı. Bildiyiniz kimi, mən Patriarx Kirillə bərabər həmin Şuranın həmsədriyəm. Və Patriarxın təklifi ilə erməni katolikosunu Bakıya dəvət etmişdik. Builki II Sammitlə bağlı belə bir vasitəçilik olmayıb deyə, dəvət göndərilməyib.

Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, öz növbəsində, sərəncamdan irəli gələn məqamları fəal icra edir, idönümlərimlə bağlı ölkə ərazisində xeyli sayda tədbir keçirir. Tədbirlər plan üzrə ilin sonuna kimi davam edəcəkdir. Bütün bu işlərə görə minnətdaram və fürsətdən istifadə edərək, dini mərkəzlə Komitə arasında formalaşmış işgüzar, faydalı əməkdaşlıq səviyyəmizdən məmnunluğumu vurğulamaq istərdim.

 

- Azərbaycanda dini təhsil sahəsində son vaxtlar müəyyən addımlar atılır. İlahiyyat İnstitutu artıq fəaliyyətə başlayıb, bəzi yerlərdə dini kolleclərin açılması gündəmdədir. Bu prosesdə QMİ hansı rolu oynayır? Fikrinizcə, bu addımlar dini təhsil sahəsində tələbatı tam ödəməyə imkan verəcəkmi? Dini təhsil sahəsi ilə bağlı yeni təklifləriniz varmı?

 

- Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti dini-mənəvi dəyərlərə diqqəti ilbəil artırır. Bu sahədə görülən tədbirlər ardıcıllığı, təkmilliyi ilə seçilir. Dini maarifçilik sahəsində İlahiyyat İnstitutunun yaradılması mühüm hadisə oldu. İnstitutun fəaliyyətinə, tələbələrinə uğurlar arzulayıram. Yeri gəlmişkən, İnstitutun tələbələrindən fərqlənənlərə tərəfimdən Şeyxülislam təqaüdü ayrılıb. Bizi sevindirən mühüm qərarlardan biri dini kolleclərin - mədrəsələrin  fəaliyyətə başlaması ilə bağlı sərəncamdır. Bakıda və bölgələrdə 8 dini kollecin fəaliyyətə başlaması İslam dininin əsaslarının öyrənilməsi işinə dəyərli töhfədir. Artıq həmin mədrəsələrin maddi-texniki bazasının yaradılması üzərində iş gedir və ilkin mərhələdə Bakı, Lənkəran, Gəncə, Quba-Xaçmazda 5 mədrəsənin açılması gündəmdədir. İslam dini ilə bağlı tədrisdə, məsələn dini ayinlərin icrası ilə bağlı elə məsələlər var ki, onlar məhz mədrəsələrdə tədris olunmalıdır və İlahiyyat İnstitutunun proqramına daxil deyil. 

İnşallah, bu görülən işlər yaxın illərdə dini sahədə istər İlahiyyat İnstitutunun, istər dini kolleclərin məzunları öz potensiallarını nümayiş etdirəcəklər. Bunlar, dini-mənəvi dəyərlərinə sahib çıxan dövlətimiz üçün, dinimiz üçün dəyərli kadrların mövcudluğu baxımından mühüm hadisələrdir. Dini təhsillə bağlı təkliflərimizin nəzərə alınması dini mərkəz olaraq bizi qane edir. İstər dərs proqramlarının hazırlanması, istər dərslik, dərs vəsaitlərinin hazırlanmasında yaxından iştirak edirik. Qanunverici səviyyədə dəyişikliklər, yeniliklər gündəmə gələndə QMİ öz təklif və tövsiyələri ilə çıxış edir. Bu əməkdaşlıq öz müsbət nəticələrini verir.      

 

- Din xadimlərinin attestasiya prosesi QMİ rəhbəri olaraq Sizi qane edirmi? Attestasiya imam və axundların bilik səviyyəsinin yüksəlməsində nə kimi rol oynayır? Attestasiyadan keçməyən din xadimlərinin taleyi necə olur?

 

- Din xadimlərinin attestasiyası QMİ-nin Əsasnaməsinə uyğun olaraq, mütəmadi həyata keçirilən prosedur tədbirdir. Bu işdə məqsəd, təbii olaraq, din xadimlərinin biliklərinin daha da təkmilləşməsinə xidmətdir. İmamlarımız minbərə qalxaraq xütbələr, moizələr deyirlər və onların bu işi ən üstün məziyyətlərə malik şəkildə, müqəddəs dinimizə layiq, onun dəyərlərini yüksək şəkildə çatdırmaq qabiliyyəti, xalq, Vətən təəssübünə malik olması, ölkəmizin tarixi, bu günü haqda müfəssəl məlumatlara malik olması dini mərkəz olaraq bizim üçün mühüm məqamlardandır. İstər təyinatla fəaliyyətdə olan din xadimləri, istərsə də təyinat almaq istəyən din xadimləri attestasiya proseslərinə qatılırlar. Namizədlər sırasından uğur qazana bilməyənlər yenidən hazırlaşıb növbəti attestasiyalarda iştirak edə bilərlər. Məqsəd ən yaxşıların seçilməsi, seçilənlərin isə öz biliklərinə arxayınlaşmaması, öz üzərlərində hər zaman işləməklərini stimullaşdırmaqdır.

 

- Din xadimlərinin sosial şəraitinin yaxşılaşdırılması üçün müəyyən addımlar atılır, onların avtomobil və digər təminatı yerinə yetirilir. Bu sahədə daha nə kimi yeniliklər gözlənilir?

 

- Bəli, Azərbaycan dövləti hər bir vətəndaşının sosial qayğı və ehtiyaclarını getdikcə daha artıq şəkildə qarşılamaq üçün bütün zəruri addımları atır. Təqdir olunası haldır ki, din xadimləri də bu qayğını öz üzərlərində hiss edirlər. Konstitusiyamıza görə, din dövlətdən ayrı olsa da, dindar, din xadimi da vətəndaş olaraq dövlətin himayəsindən kənar qala bilməz. Din xadimlərinin maddi rifah halının qayğısına qalan dövlətimiz onlara ianə şəklində yardımlar ayırıb ki, buna görə dövlətimizə, bilavasitə dövlət başçımıza minnətdarıq. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin nəzdində Mənəvi dəyərlər Fondu tərəfindən verilən maaş deyil, ianələrin din xadimlərinin sosial rifahı üçün önəmi danılmazdır. Məscidlərdə fəaliyyət göstərən dini icmalara da yardımlar bu xətlə edilir, o cümlədən, avtomobillər dövlətimiz tərəfindən hədiyyə edilir. Bu tədbirlər böyük əhəmiyyət kəsb edir, belə ki, uzun illər din xadimləri belə yardımlardan məhrum idilər. Şükürlər olsun ki, din xadimləri də artıq bir müddətdir ki, dövlətin bu qayğısından bəhrələnirlər. Din xadimləri ölkəmizdə sosial sahədə gedən islahatların uğuru üçün dualar edir, maddi rifahın artırılmasının yönündə tədbirlərin, inşallah din xadimlərinidə ehtiva edəcəyinə ümidlidirlər.

 

- Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" Sizi qane edirmi? Qəbir yerləri və məzar daşlarının standartı ilə bağlı normalara nə dərəcədə əməl olunacağını düşünürsünüz?

 

- Bilirsiniz, bu sahədə son dövrlər görülən işlərə müsbət yanaşıram. Bununla bağlı təşəbbüslərə dair biz də öz tövsiyələrimizi vermişik. Qəbir yerlərinin sadə, mütəvaze olması, məzar yerlərinin satılmaması, pulsuz ayrılması kimi təkliflər təqdirəlayiqdir. Bu işlərin qanunvericilikdə əksini tapması məqsədə müvafiqdir.  

 

- Bir müddət əvvəl yas mərasimlərində israfçılığa yol verilməsinə və bu mərasimlərin təmtəraqlı keçirilməsinə qarşı bəyanatlar səsləndirirdiniz. Hətta icra hakimiyyətləri də yas mərasimlərində müəyyən normalara əməl olunmasına nəzarət etməyə başlamışdı. Bunun nəticəsi olaraq bir müddət israfçılıq və təmtərağın səngidiyini müşahidə etsək də, son vaxtlar vəziyyət sanki əvvəlki həddə qayıdıb - yenə də yas mərasimlərində əvvəlki israfçılıq və təmtəraq müşahidə olunur. Bu barədə nə deyə bilərsiniz?

 

- Biz bununla bağlı mövqeyimizi  QMİ Qazılar Şurasının və Elmi-Dini Şuramızın Bəyanatında bildirmişik. Həmin bəyanatda bütün xırdalıqlarla İslam dinində israfın bəyənilməyən hal olduğunu insanların diqqətinə çatdırmışıq. Bunu qəbul edən insanlar da var, öz istəyi ilə hərəkət edənlər də. İnsanlar azaddır, öz mərasimlərinə dair istəkləri, niyyətləri, əhdləri olanlar var. Lakin dini mərkəz olaraq israf məsələsinin dinlə heç bir əlaqəsinin olmadığını, əksinə dinin bunu bəyənmədiyini insanlara izah etdik. Qalan məsələlər insanların daxilində həllini tapmalıdır, yəni hər kəs bunun mahiyyətinə vararaq özü üçün qərar verməlidir. Zorla, məcburiyyətlə bu məsələnin həllini görmürəm.

 

- Bu gün dünyada münaqişələrin artmasının dini liderlərin proseslərdə rolunun azalmasından qaynaqlandığı fikri ilə razısınızmı? Dini liderlərin aktivliyi nəticəsində münaqişələrin həllinə daha tez nail oluna bilərmi? Məsələn, dini liderlərin aktiv müdaxiləsinin illərdir davam edən Fələstin-İsrail münaqişəsinin həllinə hansısa töhfə verə biləcəyini düşünürsünüzmü? Bunu real hesab etmək olarmı, yoxsa siyasət artıq dini lider amilini bu məsələlərdən çox uzaqlaşdırıb?

 

- Mən son zamanlar beynəlxalq forumların xitabət kürsülərindən bu fikrə toxunuram ki, münaqişələri siyasət, bəzi siyasətçilər yaradır, dini liderlər isə bu münaqişələrin qarşısını almaq məramına xidmət etməlidirlər. Belə münaqişələr yaranmasın deyə, önləyici vasitə kimi mən MDB Dinlərarası Şurasının həmsədri kimi hələ on il əvvəl belə bir təşəbbüs irəli sürmüşdüm ki, BMT yanında müxtəlif dinlərin təmsilçisi olan din xadimlərinin yüksək səviyyəli məşvərət qurumu fəaliyyət göstərsin ki, münaqişə ehtimali olan məsələlərə dair öz tövsiyələrini versinlər.

Qarabağ konflikti ilə bağlı mən münaqişə başlayan zamandan - 1988-ci ildən bəri məhz sülhün bərqərarı naminə müxtəlif vasitəçilərin səyləri sayəsində müxtəlif illərdə erməni dini liderləri ilə bir masa ətrafında bir araya gəlmişəm. Rus Pravoslav Kilsəsi bu görüşlərin ənənəvi vasitəçisi kimi çıxış edib, görüşlər zamanı ümumi mövqeləri mümkün qədər daha artıq uzlaşdırmağa çalışmışdır. Bundan əlavə, Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə Montredə görüşmüşük, Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın da qatıldığı dördlük formatında da danışıqlarımız olub. Hər dəfə görüşlərin nəticələrinə dair birgə bəyanatlar imzalamışıq, lakin təəssüflər olsun ki, erməni tərəfi bu bəyanatların ruhuna uyğun davranış nümayiş etdirmir, o cümlədən, əsirlərlə bağlı məsələdə ardıcıllıq olmadı.

Bəli, erməni ekstremistlərinin din amilini qabartmaq, bununla təəssübkeşlər qazanmaq istəyi olub və var. Lakin biz bu qüvvələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dini don geyindirmək, konflikti dinlərarası toqquşma müstəvisinə daşımaq niyyətlərini puç edə bildik. Buna məhz dini liderlərin görüşləri sayəsində nail olduq. Bunun əksi, yəni münaqişəyə dini səciyyə verilməsi böyük faciələrə gətirib çıxara bilərdi.

Dini lider, din xadimi olaraq mən hər zaman sülhün tərəfdarıyam və insan qanının axıdılmasının qarşısının alınması, müqəddəs dəyər olan insan həyatının xilası yolunda bütün imkanlardan istifadə etməni vacib sayıram.

Bütün dünya, o cümlədən, ermənilərin özləri də Qarabağın Azərbaycan torpağı olduğunu gözəl bilir. Bizə ədalətli sülh lazımdır. Dövlətimizin də mövqeyi belədir, dünya birliyinin qəbul etdiyi qərarlar -BMT-nin 4 məlum qətnaməsi yerinə yetirilməli, ərazi bütövlüyümüz bərpa olunmalıdır. Bu həqiqəti nə qədər tez qəbul edərsə, sadə erməni xalqı da müsibətlərdən daha tez xilas olar, bölgədə sülh və tərəqqi bərqərar olar.

Dini liderlərin səylərinin birləşdirilməsi, dini liderlərin siyasi, ictimai xadimlərlə səylərini birləşdirməsi dünyada sülhün qorunması, münaqişə ocaqlarının söndürülməsini, nəticə etibarilə, müqəddəs dəyər olan insan həyatının qorunmasını təmin edə bilər. Dinin sülhyaratma potensialından, dini liderlərin nüfuz və imkanlarından istifadə etmək əmin-amanlığa xidmət edər. Bunu siyasət aləmi qəbul etməlidir. Dini liderlər də Uca Yaradan qarşısında məsuliyyətlərini dərk edərək, əllərindən gələni əsirgəməməlidirlər.  

Allah köməyiniz olsun!

21 Avqust 2019, 21:58   
MÜSAHİBƏ bölməsinə aid digər xəbərlər
Loading...
loading...
Ən çox izlənənlər
Xəbərlər

Новости

Всё то,что нужно знать о пожарах в Австралии

После уже разрушительного начала сезона пожаров Австралия готовится к ухудшению ситуации. "TheVerge" будет обновлять эту страницу с новостями и анализами, как огонь ярости. Что происходит? «Австралия готовится к тому, что дела пойдут хуже» В Новом Южном Уэльсе, Австралия, вспыхнули десятки пожаров, в результате чего правительство объявило чрезвычайное положение в ноябре. Пожары быстро распространились по всем штатам и стали одними из самых разрушительных за всю историю. Сгорел район размером с Южную Корею, примерно 25,5 млн. Акров. По меньшей мере 27 человек погибли, в том числе не менее трех пожарных-добровольцев, и еще больше пропали без вести. Около 2000 домов были разрушены или повреждены. Когда в преддверии канун Нового года вспыхнуло пламя, тысячи людей, которые были вынуждены эвакуироваться, искали убежища на пляжах в Новом Южном Уэльсе и Виктории. Более 100 пожаров все еще горят. Лето длится с декабря по февраль в Австралии, причем сезон пожаров обычно достигает пика в конце января или начале февраля, поэтому ожидается, что стихийное бедствие продолжится. 3 января чиновники предупредили, что в ближайшие дни условия будут ухудшаться. «Это будет доменная печь», - заявил министр транспорта Нового Южного Уэльса Эндрю Констанс The Sydney Morning Herald. К 10 января начался очередной раунд массовых эвакуаций в наиболее пострадавших районах юго-востока из-за опасных ветров, раздувающих пламя. Дым стал еще одной катастрофой. 1 января в столице Австралии было зафиксировано худшее загрязнение, которое он когда-либо видел, с показателем качества воздуха в 23 раза выше, чем то, что считается «опасным». Дым в городе закрался в родильные комнаты, остановил работу аппаратов МРТ и вызвал респираторное расстройство в одном из них. пожилая женщина, которая умерла вскоре после того, как сошла с самолета. Дым достиг Новой Зеландии за 1000 миль, где он создал жуткие сцены на покрытых ледниками вершинах. Шлейфы были настолько толстыми, что спутник НАСА делал снимки из космоса. Согласно одной из оценок, полученных в Сиднейском университете, более 1 миллиарда млекопитающих, птиц и рептилий, вероятно, погибли в пламени. Около 25 000 коал были убиты на острове Кенгуру. Считается, что восемь тысяч коал, одна треть всех коал в Новом Южном Уэльсе, погибли, и около 30 процентов среды обитания коал также были уничтожены. Разрушения только усиливают существующее давление на уникальные экосистемы Австралии. На континенте обитает 244 вида, которых больше нигде нет. В регионе также наблюдается самый высокий уровень вымирания местных млекопитающих за последние 200 лет.«Потенциальное воздействие на дикую природу разрушительно», - рассказывает The Verge Кристал Колден, доцент кафедры пожарной науки в университете штата Айдахо, который изучал лесные пожары в Тасмании в 2018 году. «Не будет полного учета того, насколько это плохо на самом деле в течение многих лет». Некоторые экосистемы, такие как эвкалиптовые леса, подвержены пожарам и возвращаются. Но Колден отмечает, что Австралия также является домом для растительности, населенной видами, которым удалось выжить в течение миллионов лет. «Эти действительно невероятные остатки, вы знаете, эпохи динозавров, по сути, не приспособлены к пожару, и когда он сгорит, он исчезнет». Больница Коала работает над спасением раненых животных после лесных пожаров в Восточной Австралии Во время вручения премии «Золотой глобус» 5 января знаменитости, в том числе Хоакин Феникс, Эллен ДеДженерес, Патриция Аркетт и Кейт Бланшетт, поделились своей обеспокоенностью по поводу пожаров. Уроженец Австралии Рассел Кроу пропустил церемонию награждения из-за пожаров (его дом был поврежден в результате пожаров в ноябре), но Дженнифер Энистон доставила ему сообщение после того, как он получил звание лучшего актера в ограниченном сериале или в фильме «Сделано для телевидения». «Не делайте ошибки. Трагедия, разворачивающаяся в Австралии, основана на изменении климата », - говорится в его сообщении. Какое отношение к этому имеет изменение климата? Огненные бури не новы в Австралии. Обычно жарко и сухо, как в Калифорнии или Средиземноморье. Эвкалиптовые леса в Австралии имеют уникальное отношение к огню; деревья на самом деле зависят от огня, чтобы высвободить свои семена. Однако пожары этого сезона беспрецедентны. Это намного более ранний пожарный сезон, и пожары стали очень большими, очень рано, говорит Колдэн The Verge. Погодные условия, питающие пожары, являются историческими. Австралия пострадала от своего самого жаркого дня в истории 18 декабря, достигнув средней по стране температуры 41,9 градусов по Цельсию (107,4 градусов по Фаренгейту). Прошлый месяц был самым жарким декабрем в Австралии, а 2019 год был самым жарким и самым сухим за всю историю страны. Экстремальная жара и засуха создают еще большую опасность для пожаров. Повышенная интенсивность и частота лесных пожаров соответствуют прогнозам ученых в отношении потепления.Пожарные продолжают бороться с лесными пожарами, поскольку в Новом Южном Уэльсе выдается предупреждение о катастрофической опасности пожара «Реальность такова, что это является функцией изменения климата - этой экстремальной жары, этих экстремальных условий, которые настолько изменчивы и вызывают такие виды интенсивности и горения в начале сезона, которые мы обычно не видим в Австралии», - говорит Колден. Премьер-министр Австралии Скотт Моррисон сталкивается с жарой из-за своего бездействия в отношении изменения климата и защиты угля. Администрация Моррисона столкнулась с критикой за то, что она помешала глобальным усилиям завершить разработку сводного руководства по осуществлению Парижского соглашения во время климатической конференции ООН в Мадриде в декабре. Моррисон также получил негативную реакцию за то, что уехал в отпуск на Гавайи - которые он в итоге оборвал - в разгар пожаров. «Это функция изменения климата». «Я думаю, что среди ученых-экологов и экологов в Австралии есть ощущение, что мы застыли в дебатах, конечно же, в разработке политики. Я думаю, что пришло время вернуть ученых обратно в палатку, чтобы посмотреть, что может произойти в течение следующих нескольких десятилетий », - сказал Крис Дикман, эколог из Сиднейского университета, который оценил число погибших животных в огне. рассказал Общественному радио International The World. «Мы, вероятно, смотрим на то, как изменение климата может выглядеть в других частях мира на первых этапах в Австралии в настоящий момент», - сказал Дикман. 10 января тысячи демонстрантов вышли на улицы в Сиднее, Мельбурне и других городах Австралии. Демонстранты призвали прекратить субсидии на ископаемое топливо и меры по борьбе с изменением климата, и они перекрыли некоторые дороги, требуя, чтобы премьер-министр Моррисон покинул свой пост. Как ведутся пожары? Австралия сильно зависит от добровольных пожарных, особенно в сельской местности, где горит большая часть пожаров. Его реагирование на пожары в большей степени зависит от усилий сообщества по сравнению с такими местами, как Соединенные Штаты, где централизованы системы управления пожарами. Нынешний кризис привел к некоторым изменениям в политике. Поскольку волонтеры пропустили работу по борьбе с местным пожаром, Моррисон объявил в декабре, что им будет выплачена компенсация. Чтобы поддержать местные силы, австралийские военные послали на своем собственном самолете и судах и 3000 резервистов армии. Помощь также приходит из-за границы: Соединенные Штаты и Канада направили пожарных для борьбы с пламенем. Малайзия тоже готовится отправить помощь. «Это невозможно по-человечески.«» Эксперты говорят The Verge, что в экстремальных условиях пожарные могут сделать немного больше, пока не выпадет достаточное количество осадков, чтобы погасить пламя или огонь не иссякнет и не сгорит. «По-человечески невозможно предотвратить [эти пожары] или потушить их», - говорит The Verge Тимоти Ингалсби, исполнительный директор организации Firefighters United по вопросам безопасности, этики и экологии, базирующейся в Орегоне. «Мы взяли большую часть нашей стратегии жизни в условиях пожара, все на пожарных, на подавление, реагирование на пламя. И, вы знаете, сейчас мы сталкиваемся с условиями, в частности с учетом изменения климата, мы не можем этого сделать ». Исправление 6 января, 11:08 по восточному времени: в предыдущей версии статьи говорилось, что температура достигла 40,9 градусов по Цельсию, что было рекордным показателем для национальной средней температуры, установленной 17 декабря. Этот рекорд был побит 18 декабря, когда средняя температура по стране достигла 41,9 градусов по Цельсию.

Обзор iPhone 11: сочетание цены, возможностей и качества

В прошлом году Apple представила iPhone XR как «доступное» предложение в своей новой линейке iPhone. Нам очень понравился XR, и мы даже сказали, что это может быть лучший iPhone, который когда-либо делал Apple. Следствием iPhone XR является новый iPhone 11, и тот факт, что Apple решила благословить эту модель названием «iPhone 11», а не называть его чем-то вроде iPhone 11R, многое говорит о том, где компания позиционирует телефон. Но может ли этот телефон нести бремя быть известным как iPhone 11? На самом деле, это может. Удовлетворительное повышение скорости, настройка двух камер и длительное время автономной работы делают iPhone 11 даже лучше, чем прошлогодний iPhone XR. И учитывая его относительно низкую цену, это, вероятно, лучший новый iPhone для большинства людей. Улучшения камеры Отличительной чертой iPhone 11 является его 12-мегапиксельная двойная камера. Похоже, что Apple решила, что с телефонами этого года они сделают камеру ударно намеренно привлекательной. Единственная камера iPhone XR едва заметна, а дизайн удвоенной камеры iPhone XS не заставит вас задуматься о том, как она выглядит. Но двойная камера iPhone 11 требует вашего внимания и кричит: «Улыбайся! Вы на камеру! iphone xr iphone 11 камеры IPhone XR (слева) имеет одну широкую камеру. IPhone 11 (справа) имеет широкие и сверхширокие камеры. У iPhone 11 есть широкая камера, такая же, как на iPhone XR, но вторая камера iPhone 11 - это сверхширокая камера с 2-кратным увеличением, позволяющая вам снимать больше в любой среде, в которой вы снимаете. Эти две камеры также есть на iPhone 11 Pro, который добавляет третью телеобъектив для увеличения. Сверхширокий - это отличное дополнение, обеспечивающее еще большую гибкость при съемке фотографий. К счастью, Apple позволяет легко переключаться между широким и ультра широким диапазоном. При создании кадра в приложении «Камера» в нижней части рамки изображения появляется кнопка 1x, что означает, что используется широкая камера. Нажмите эту кнопку, и телефон переключится на сверхширокую камеру, и кнопка 1x станет кнопкой 0,5x. Нажмите кнопку еще раз, чтобы переключиться обратно. Кроме того, когда вы находитесь в режиме 1-кратного обзора камеры, вы получите предварительный просмотр того, как будет выглядеть сверхширокий снимок 0,5x. телефон шириной 11 фресок Снято на камеру iPhone 11 1x шириной. Приложение для камеры iphone 11 с широким видоискателем При использовании широкоугольной камеры вы можете увидеть предварительный просмотр сверхширокого обзора, не переключаясь на сверхширокую камеру. телефон 11 росписи ультра широкий Полученное изображение с помощью ультраширокой камеры iPhone 11. С точки зрения фактического качества изображения, как широкие, так и ультраширокие дают великолепно выглядящие фотографии. Цвета точные, а камеры обеспечивают потрясающий уровень детализации и четкости изображения. Конечно, мы говорили то же самое о предыдущих iPhone, и это все еще верно в отношении iPhone 11. Но эксклюзивно для iPhone 11 (и 11 Pro) - это новый ночной режим, который полностью обновляет игру Apple для съемки при слабом освещении. Действительно, если вы ищете только одну причину, чтобы купить новый iPhone, это, вероятно, это. Ночной режим снимает изображения, снятые в темноте, и использует программную обработку для выявления деталей, которые в противном случае были бы потеряны. У нас есть подробности о том, как использовать ночной режим и как он работает, в отдельной статье. Улучшение при слабом освещении было доступно в телефонах Android, и, наконец, на iPhone, и оно работает очень хорошо. Наше родственное издание PCWorld даже обнаружило, что ночной режим Apple лучше, чем версия Android. Итог: это полезная функция, которая дает отличные результаты. iphone 11 ночной режим перед Снято без использования ночного режима. iphone 11 ночной режим после Снято с активным ночным режимом. Каково это снимать в ночном режиме.Единственная проблема, с которой я столкнулся с задней камерой iPhone 11, - это отсутствие оптического зума. Как и в случае с iPhone XR, iPhone 11 имеет только цифровой зум, вплоть до 5-кратного. В некоторых случаях, особенно когда вы проходите цифровое увеличение с увеличением 2х, вы получаете заметный шум изображения, что делает неприглядную фотографию. Так что, если вы мне нравитесь и часто пользуетесь зумом, вам нужно переосмыслить то, как вы используете его на iPhone 11. камера iphone 11 крупным планом У камеры iPhone 11 нет оптического зума, хотя он предлагает 5-кратный цифровой зум. Стоит отметить, что Apple наконец-то обновила фронтальную камеру TrueDepth, с 7-мегапиксельной камеры, которая снимает видео 1080p / 60fps, до 12-мегапиксельной камеры, которая снимает видеокамеру 4K / 60fps. А передняя камера может записывать замедленное видео, которое ранее было недоступно. Так что да. Давайте посмотрим, сможет ли Apple сделать «обман». Быстрый телефон становится еще быстрее В основе iPhone 11 лежит новый процессор A13 Bionic, преемник A12 Bionic, который есть в iPhone XR. A12 Bionic - впечатляющий чип, так что же делает A13 Bionic, чтобы продолжить его? При производительности процессора выигрыш скромный. В тестах Geekbench 5 iPhone 11 продемонстрировал 14-процентное увеличение производительности одноядерного процессора по сравнению с iPhone XR, в то время как производительность многоядерных процессоров подскочила на 18%. Geekbench 5 Iphone 11 XR Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. В тестах, которые подчеркивают графическую производительность iPhone, iPhone 11 продемонстрировал более впечатляющие результаты по сравнению с iPhone XR. В тесте 3DMark Sling Shot iPhone 11 был на 29 процентов быстрее в тестах Sling Shot Extreme и Sling Shot Extreme Unlimited. В тесте 3D Stark Ice Storm Unlimited iPhone 11 был на 20 процентов быстрее. 3dmark рогатка iphone 11 xr Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. 3dmark icestorm iphone 11 xr Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. Цифры показывают повышение производительности, но чувствует ли себя iPhone 11 быстрее, чем iPhone XR? Это наверняка так. При повседневном использовании iPhone 11 чувствует себя быстрее, приложения чувствуют, что они запускаются быстрее, а производительность графики в играх заметно снижается. Это даже верно при сравнении производительности с iPhone XS, который использует тот же процессор, что и iPhone XR. IPhone 11 имеет тот же процессор, что и iPhone 11 Pro, и результаты тестов в целом для этих телефонов соответствовали друг другу. Так что, по сути, за несколько сотен долларов вы можете получить такую ​​же производительность в iPhone 11, как и профессионалы. Если производительность является вашим главным соображением, это ценностное предложение, которое трудно игнорировать. Немного больше время автономной работы Apple утверждает, что батарея iPhone 11 емкостью 3046 мАч работает на один час дольше, чем батарея iPhone XR емкостью 2942 мАч, и вы можете получить до 17 часов воспроизведения видео, 10 часов потокового видео и 65 часов воспроизведения аудио. Примечательно, что Apple больше не предоставляет оценку того, что она назвала «время разговора (беспроводное)». Для iPhone XR это было 25 часов, и мы можем подсчитать, что вы можете получить до 26 часов на iPhone 11. Согласно Apple Например, более длительный срок службы батареи был достигнут за счет сочетания большей батареи и оптимизации программного и аппаратного обеспечения. Мы использовали тест Geekbench 4 Battery Life, чтобы измерить время автономной работы и сравнить его с другими iPhone. Результаты нашего теста показали, что iPhone 11 и iPhone XR имеют одинаковое время автономной работы. На самом деле, в нашем тестировании iPhone 11 продержался всего на несколько секунд дольше, чем iPhone XR. В нашем тесте Geekbench 4 Battery Life выполняются ресурсоемкие задачи (с выключенным затемнением экрана) до тех пор, пока батарея не разрядится, поэтому она не отражает реальное использование. Тем не менее, это эффективный способ последовательно тестировать разные телефоны. батарея iphone 11 xr Результаты раз в минутах. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить.Во время ежедневного использования мне никогда не приходилось заряжать iPhone 11 до конца моего дня. Я думаю, что я более требовательный пользователь, чем большинство, потому что я играю в Pokémon Go во время моих поездок на работу и обратно, а также на прогулку с собаками. В мой самый трудный день (в субботу, прогуливаясь по парку Золотых Ворот в Сан-Франциско, играя в PoGo, наблюдая за футбольным матчем моего сына и используя навигацию по Apple Maps), я закончил день, когда осталось 24% заряда батареи. Совсем неплохо. Одним из основных недостатков в отношении срока службы батареи является прилагаемое зарядное устройство. Apple по-прежнему имеет маленькое медленное 5-ваттное зарядное устройство со своей младшей моделью iPhone. За 29 долларов вы можете купить адаптер питания USB-C на 18 Вт от Apple - тот же, что входит в комплект поставки iPhone 11 Pro. Обидно, что Apple не включает это зарядное устройство в базовую модель. IPhone 11 также поддерживает беспроводную зарядку, но вам придется приобретать беспроводное зарядное устройство Qi отдельно. Дизайн: не связывайтесь с тем, что работает Apple не сильно изменилась, когда дело доходит до промышленного дизайна. IPhone 11 очень похож на iPhone XR, с анодированными алюминиевыми боковинами, выемкой дисплея и стеклянной задней панелью, доступной в черном, зеленом, фиолетовом, белом, желтом и (Product) Red. Тем не менее, цветовая гамма в этом году отличается: Apple решила использовать пастельные оттенки, более тонкие, чем яркие цвета XR. ободок iphone 11 Лицевая панель iPhone 11 (справа) толще, чем лицевая панель на OLED-телефонах, например iPhone 11 Pro Max (слева). IPhone 11 по-прежнему оснащен черными рамками, которые толще, чем у айфонов с OLED-дисплеями. И до тех пор, пока эта модель продолжает использовать ЖК-дисплей (более дешевая деталь, чем OLED в модели Pro), более толстые лицевые панели сохранятся, чтобы помочь остановить утечку света. Имейте в виду, я не нашел ободряющих рамок. На самом деле, я фактически не замечал их, пока они мне не указали. Наиболее заметным изменением дизайна между iPhone 11 и iPhone XR (помимо цветов и неровностей камеры) является размещение логотипа Apple, который теперь находится по центру, а не около камеры.

SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin