Sevimli aktyorumuz dünyasını dəyişdi

HADİSƏ 21 avq 2019, 19:52

Avqustun 19-da beyin insultu keçirən və təcili şəkildə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Akademik Dövlət Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib.

 

Bu barədə Akademik Musiqili Teatrının aktyoru Elxan İsmayılov şəxsi "Facebook" hesabında məlumat paylaşıb.

 

Qeyd edək ki, aktyorun qızı Aytən Qurbanova səhər saatlarında Oxu.Az-ın əməkdaşı ilə söhbətində atasının vəziyyətinin ağır olduğunu və yaşamaq şansının az olduğunu bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top