Qurban Qurbanov bu hərəkətinə görə 800 manat cərimələndi

İDMAN 21 avq 2019, 16:43

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 800 manat məbləğində cərimələyib.


Demokrat.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytına məlumat yerləşdirilib. 


Cərimə Ağdam təmsilçisinin bəzi rəsmilərinin I turda "Keşlə" ilə matçda “A” buraxılışından istifadə etməməsidir.


Komitə həmin qarşılaşmanın 74-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandandan qovulan "Keşlə"nin oyunçusu Emin Mehtiyevə 1 oyunluq cəza verib, klub isə 200 manat məbləğində cərimələnib.


Qeyd edək ki, "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə baş məşqçi Qurban Qurbanovla yanaşı, klubun digər üzvləri A buraxılış vəsiqəsindən istifadə etməyib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top