Deputat həyat yoldaşını GÜLLƏLƏDİ

KRİMİNAL 21 avq 2019, 17:25

Çelyabinskdə, şəhər yığıncağında deputat həyat yoldaşını güllələyib.


Demokrat.az Rusiya mətbuatının verdiyi məlumata istinadən  xəbər verir ki,  İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.


Qətl avqustun 21-nə keçən gecə Çelyabinsk vilayətinin Lokomotiv Sovet rayonunun qəsəbəsindəki evin mənzilində baş verib. Ər-arvad arasında münaqişə baş verib, bu zaman ailə başçısı ov tüfəngini götürüb arvadına iki dəfə atəş açıb.


Məlumata görə,  zərərçəkmişi xəstəxanaya yerləşdiriblər, səhər xəstəxanada vəfat edib. Şübhəli şəxs saxlanılıb və cinayət işi açılıb. 


Mətbuatın yazdığına görə, saxlanılan deputat şəhərdəki Lokomotiv dairəsinin sosial siyasət komissiyasına rəhbərlik edib və şəhər xəstəxanalarından birində baş həkim kimi fəaliyyət göstərib.(olke.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top