YPX maşını qəzaya düşdü — 3 avtomobil toqquşdu

HADİSƏ 21 avq 2019, 13:34

Mingəçevirdə YPX-yə məxsus avtomobilin də iştirakı ilə zəncirvari yol qəzası baş verib. 


Demokrat.az-ın APA-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında M.Maqomayev prospektində baş verib. Belə ki, “VAZ 2107”, “VAZ 21099” və YPX-yə aid “BMW” markalı avtomobillər toqquşub.


Toqquşmanın təsirindən "BMW" idarəetmədən çıxaraq səkiyə qalxıb. 


Qəza nəticəsində sürücülər yüngül xəsarətlə qurtulsa da, “VAZ 2107”də olan və xəsarəti nisbətən ciddi olan 1973-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tapdıq Aslan oğlu xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top