Azərbaycanın Birinci vitse-prezidentin köməkçisinə AĞIR İTKİ — FOTO

HADİSƏ 21 avq 2019, 13:13

Azərbaycan Respublikası Birinci vitse-prezidentin köməkçisi Emin Zamin oğlu Hüseynova ağır itki üz verib.


Demokrat.az Publika.az-a istinadan  xəbər verir ki, E.Hüseynovun anası Südabə xanım dünyasını dəyişib.


Qeyd edək ki, E.Hüseynov ABŞ-da nüfuzlu universitetlərdə təhsil alıb, Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, Milli Bankda, Azərbaycan Diplomatiya Akademiyasında yüksək vəzifələrdə çalışıb.


Pezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini, daha sonra isə Birinci vitse-prezidentin köməkçisi təyin edilib.


Qeyd edək ki, E.Hüseynovun atası Zamin Hüseynov ölkənin tanınmış kimyaçılarından olub və Sumqayıtdakı bir sıra iri zavodlara rəhbərlik edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top