660 bal toplayan abituriyent görün haranı seçdi — VİDEO

Qəbul imtahanlarında 660 bal toplayan abituriyent paytaxtaxın nüfuzlu universitetlərini yox, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialını seçib.


Elcan Səlimli Şəki şəhər 20 saylı məktəbi qızıl medalla başa vurub.


Buraxılış imtahanlarında Azərbaycan dilindən 100 faiz nəticə gostərən şagird həm də Azərbaycan dili üzrə respublika fənn olimpiyadasınin gümüş medalını qazanıb. Qəbul imtahanlarında yüksək bal toplasa da, təhsilini Şəkidə Pedaqoji Universitetdə davam etdirmək istəyib.


Onun bu seçmini müəllimləri ilə yanaşı, ailəsi də dəstəkləyib. Elcan deyir ki, onun arzusu Azərbaycan dilini daha mükəmməl öyrənərək, bu sahədə mütəxəssis olmaqdır. Azərbaycan dilinin incəliklərinə bələd olmaq üçün bir neçə xarici dilin öyrənilməsini vacib sayır. Bu səbəbdən ingilis dili üzrə xarici dil müəllimliyini seçib.


Onun sözlərinə görə, yüksək bal toplamağın heç bir sirri yoxdur. Çalışqan olmaq və çoxlu oxumaq lazımdır. (Xəzər TV)

 

21 Avqust 2019, 10:36   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß