Polis rəisi münaqişə zamanı başından daşla vurulub

Sumqayıt şəhərində polis münaqişə zamanı xəsarət alıb.

 

Demokrat.Az xəbər verir ki, report-un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 14-cü məhəlləsində baş verib.

 

1981- ci il təvəllüdlü Bakı şəhər sakini, polis işçisi Məmmədov Namiq Ramiz oğlu Sumqayıtın 14-cü məhəlləsi ərazisində münaqişə zəminində gicgah nahiyəsindən daş yarası alıb.

 

Xəstəxanaya çatdırılan şəxs daha sonra ambulator müayinəyə buraxılıb.

 

N.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisidir.

 

Faktla bağlı araşdırma aparılır.

1 İyul 2018, 08:30   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß