Sumqaytda 24 yaşlı gənci bıçaqlayıb öldürən şəxsin məhkəməsi başladı

KRİMİNAL 20 avq 2019, 14:45

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməklə ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Sahib Nadirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

 

Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə anket məlumatlıarı dəqiqləşdirilib.

 

Mahiyyəti üzrə baxış iclası avqustun 28-ə təyin edilib.

 

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində baş verib. Cəlilabad rayon sakini, 24 yaşlı Faiq Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

 

Qətli törətməkdə şübhəli bilinən Sahib Nadirov polis tərəfindən saxlanılıb.

 

Ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top