"Relax"ın sahibi olan deputatın saxlanılan oğlu - FOTOLAR

GÜNDƏM 19 avq 2019, 22:23

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı barəsində bu gün məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

 

O, Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.  

 

Mirhəmid Nərimanlı özünü vergi orqanlarına “Relax” istirahət mərkəzinin vəzifəli şəxsi kimi təqdim edib.

 

Qeyd edək ki, deputatın qardaşı oğlu Orxan Nərimanlı barəsində də məhkəmənin qərarıyla həbs qətimkan tədbiri seçilib. M. Nərimanlı, O. Nərimanlı və bir neçə başqa şəxs Lerikdə yerləşən “Relax” istirahət mərkəzinə gələn vergi  əməkdaşlarına qarşı zor tətbiq etməkdə təqsirləndirilirlər.

 

“Qafqazinfo” M. Nərimanlının fotolarını əldə edib. Həmin fotoları təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top