Azərbaycan-Gürcüstan sərhədində razılaşdırılmamış sahələr üzrə ölçmə işləri aparılacaq - RƏSMİ AÇIQLAMA

SİYASƏT 19 avq 2019, 23:46

Avqustun 19-da Gürcüstan və Azərbaycanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.

 

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı mövqelərini ifadə ediblər.

 

Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış keçirilməsi planlaşdırılıb.

 

19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top