Gədəbəyin DSMF müdiri vətəndaşı hədələyir — AUDİOYAZI

HADİSƏ 19 avq 2019, 19:01

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev saxta sənədlərlə vətənaşların evlərini ələ keçirir.


Demokrat.az xəbər verir ki, bunu Anews.az-a Gədəbəy rayon Saratovka kənd sakini Yazgül Əmiraslanova öz şikayətində bildirib. 
 

Yazgül Əmiraslanova deyir  ki,  Saratovka kəndində  yaşayan bir rusdan ev və həyətyanı torpaq sahəsi alıb. Həmin evdə himayəsində olan yaşlı anası, epilepsiya  xəstəsi olan uşaqı ilə yaşayır.  Ailənin ehtiyaclı olmasına baxmayaraq  həm vəzifə, həm də pul baxımından geniş imkanı olan ata-oğul Xudaverdiyevlər onun torpağını  əlindən almaq istəyir.


"Bunlar mənə qədər bir neçə rusun evini və torpağını müxtəlif yollarla ələ keçiriblər. İndi də mənim torpaq sahəmə öz adlarına saxta sənədlər çıxarmaqla sahiblənmək istəyirlər. Lakin həmin torpaq sahəsinə dair mənim hər cür sənədlərim var”, - Əmiraslanova vurğulayır. 


Xanımın sözlərinə görə, vətəndaşların evlərini Xudaverdiyevlər saxta sənədlər düzəltmək yolu ilə ələ keçirir.  


"Elsun Xudaverdiyev Saratovka kəndində əvvəl icra nümayəndəsi işləyib və o zamanlar  düzəltdikləri saxta sənədlərə əsasən  iddia edirlər ki, guya 1996-ci ildə Torpaq İslahat Komissiyası Gədəbəydə torpaq bölgüsü aparan zaman həmin ərazini onlara verib. 
Halbuki, həmin ailə 2002-ci ilə kimi Gəncə şəhərində yaşayıb və orda qeydiyyatda olublar. "Bu məsələ ilə bağlı evlərinə getmişəm. Atası Cahangir Xudaverdiyevdən xahiş edirəm ki, mənim torpaq sahəmdən əl çəksinlər. Əks təqdirdə prezidentə müraciət edəcəm. Cahangir Xudaverdiyev o qədər özünə arxayındır ki, hətta məni də hədələdi”,  -  deyə xanım əlavə edir.


Elsun Xudaverdiyevin sonradan şikayətçi qadına təzyiq etdiyi bildirilir. 

 
Məsələ ilə bağlı DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev ilə əlaqə saxladıq. O, deyilənləri təkzib edib. 


Həmin səsyazısını  təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top