“İflasa məhkumdur” — Boykot, yoxsa seçkidə iştirak?

“Əslində, seçkidə iştirak və yaxud boykot heç nəyi dəyişmir”. 


Demokrat.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a siyasi şərhçi Azər Rəşidoğlu müxalifət daxilində seçki mövzusunda başlanan müzakirələrə münasibət bildirərkən deyib. 


Onun fikrincə, müxalifət prosesi dəyişmək gücündə deyil.  Boykot və iştirak dilemması isə məğlubiyyətə bəhanə qazandırmaq cəhdidir. 


“Mövcud yanaşma ilə hər iki kurs iflasa məhkumdur. Yeni yanaşma və paradiqma tapılmayana qədər elə belə olacaq. Müxalifət ona verilən şərtlər çərçivəsində oynayır, özü şərtləri diktə edə bilmir. Müxalifətdaxili didişmələr protest elektoratını parçalayır və iqtidarın qələbəsini təmin edir”, - deyə Azər Rəşidoğlu bildirib. 

 

Image result for Azər Rəşidoğlu


Politoloq əlavə edib ki, müxalifət on illərdir didişmələr ilə narazı elektoratı seçkidən iyrəndirir. Bu baxımdan, hər iki yol fiaskoya aparır: “Şərtləri diktə etmək və protest elektoratını parçalayacaq addımlardan çəkinmək lazımdır. Bunu isə etmək üçün siyasi iddiaları bir qədər buxovlamaq gərərkir. Müxalifət buna hazır deyil, iradəsi də yetmir. Odur ki, yeni nəsil müxalifətə ehtiyac yaranıb. Əks təqdirdə, bizlər daha 30 il mövcud hakimiyyətin idarəçiliyi ilə yaşayacayıq”.


Xatırladaq ki, müxalifət düşərgəsində seçki mövzusunda fərqli mövqelər var. Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov seçkidə iştirakı zəruri hesab etsə də, Milli Şurada birləşən siyasi qüvvələr Azərbaycanda seçki mühitinin olmadığı arqumenti ilə çıxış edərək boykotun daha effektiv olacağını bildirir. İlqar Məmmədovun boykotçuları “erməni əlaltısı” adlandırmasından sonra isə müzakirələr qarşılıqlı ittihamlarla əvəzlənib.

19 Avqust 2019, 22:11   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß