"İqbal Məmmədovla bağlı şikayət daxil olsa, məsələyə baxılacaq" — Ağacan Abıyev

GÜNDƏM 19 avq 2019, 13:25

"Deputat İqbal Məmmədovla bağlı Milli Məclisin İntizam Komissiyasına heç bir şikayət daxil olmayıb".


Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abıyev İqbal Məmmədovun rəhbəri oluğu "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyi əməkdaşlarının döyülməsi məsələsinə münasibət bildirərkən deyib.


Ağacan Abıyev İqbal Məmmədovla bağlı mətbuatda yazılanlardan xəbərsiz olduğunu söyləyib:


"Onunla bağlı İntizam Komissiyasına heç bir müraciət daxil olmayıb. Heç bir şikayət daxil olmadan bizim ixtiyarımız yoxdur ki, bu məsələyə baxaq. Gərək hər hansı şikayət olsun ki, biz ona baxaq". 


Komissiya sədri bildirib ki, bəzən deputatlarla bağlı şikayət daxil olur:


"Arzu edirəm ki, deputatlarla bağlı heç bir şikayət olmasın. Nə qədər şikayət olmursa, deməli insanlar rahat yaşayır".


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top